|

David Qareci kilsəsi Alban kilsəsidir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

david qareci-2Gülnara Inanc 

 

Gürcüstan mətbuatı, müxalifət partiyaları və ictimai təşkilatları Azərbaycan Gürcüstan sərhəddində yerləşən «David Qareci» — Keşişdağ monastır kompleksi ətrafında yenidən hay-küy qaldırıblar.

 

Gürcüstan mətbuatı Azərbaycan sərhədçilərinin Keşişdağ monastrının ərazisində yerləşdirildiyi, gürcü zəvvarların məbədə buraxılmadığını yazır.

 

Məbəd ətrafında spekulyasia  gürcü müxalifəti tərəfindən M.Saakaşvili iqtidarına qarşı istifadə olunur və Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağa yönəlib. Gürcü ekspertləri abidənin gürcü kilsəsi olduğutu və Sovet Azərbaycanı yarandığı dövrdə Azərbaycana verildiyini bildirirlər.

 

Gürcüstan Xarici işlər nazirliyi isə son açıqlamasında məbədin hələ Sovet dövründən Azərbaycan ərazisində yerləşdiyini rəsmi olaraq bildirib və bununla da mübahisəyə son qoyub.

 

Amma daha əvvəl 2007-ci ildə Gürcüstan prezidenti M.Saakaşvili guya Azərbaycan prezidenti İ.Əliyevin David Qareci monastırını Gürcüstana bağışlaması barədə provakativ bəyanat verməklə özünə reytinq qazanmağa çalışmış və bu ictimaiyyətin yaddaşında qalmışdı. Doğrudur, rəsmi Tiflis məbədin Gürcüstana verilməsi əvəzinə Azərbaycana torpaqların dəyişdirilməsini təklif etmiş,  rəsmi Bakı buna rədd cavabı vermişdi.

 

Bəzi Azərbaycan ekspertləri, Azərbaycanın kontrolunda qalmaq şərtilə milli-mədəni abidə kimi monastır ərazisinə ziyarətçilərə və tursitlərə giriş və çıxışın sərbəst olmasını təklif edirlər.

 

Azərbaycan xarici işlər nazirlyiinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qəzetmiizə verdiyi açıqlamada bildirib ki, David Qareci kilsəsi məsələsi dövlətləarası komissiya çərçivəsində müzakirə olunur: «Azərbaycan ilə Gürcüstan arasında David Qareci kilsəsi ilə bağlı heç bir problem yoxdur. Delimitasiya prosesi hüquqi normativlər əsasında həyata keçirilir. Sərhəd xəttinin müəyyənləşdirilməsi hüquqi prosesdir və  bu məsələ ekspertlər çərçivəsində həll olunmur. Sərhədlər milli məsələdir. Milli məsələdə Azərbaycan bir qarşı belə güzəştə gedə bilməz».

 

 

Gürcü rəsmilər monastır ətrafında mübahisələrə çox təmkinli cavab verir, susmağı üstün tutur, amma kilsənin mübahisəsiz gürcü mədəni sərvəti olmasını da bildirirlər.

 

 

Çar Rusiyası 1836-cı ildə Alban kilsəsinin müstəqilliyni ləğv edərək onu Erməni Qriqorian kilsəsinin tərkibinə keçirib. Azərbaycan müstəqillik qazanandan  sonra Alban kilsələri bərpa olunmağa başladı. Azərbaycan Alban-Udin xristian icmasının sədri Robert Mobili qəzetimizə bildirib ki, David Qareci kilsəsi Alban kilsəsidir: « Gürcü və alban xristian abidələrinin arxitekturası, ayinləri, hətta ruhanilərin geyimləri arasında  yaxınlıq çoxdur.

 

Azərbaycanda Alban kilsəsi bərpa olunandan sonra 2008-ci ildə  bir neçə udin dindar  Qüdsə ziyarət etdik, İordan çayında xaç suyuna salınma ayinini həyata keçirib, xeyir-dua alıb, müqəddəs yerləri ziyarət etdik. Rafik Darakari Qüdsün Mərkəzi xristian kilsəsindən «muqdisi» dini mənsəbini alıb və ona dini ayinlərin keçirilməsinə icazə verilib».

 

Azərbaycan Alban kilsəsinin nümayəndələri Erməni kilsəsi tərəfindən tamamilə yox edilmiş Alban ruhani geyimlərini, ayinlərin keçirilməsi qaydalarını bərpa etmək üçün Gürcü kilsəsinə müraciət ediblər. Amma Alban və gürcü kilsələri hər biri ayrılıqda müstəqil kilsələrdir. Ermənistan və Rusiyadan fərqli olaraq, Azərbaycan və Gürcüstan Alban kilsəsinin müstəqilliyini tanıyıb.

David Qareci Alban kilsəsinin gürcüləşdirilməsi niyyəti Eçmiədzinin marağındadır. Eçmiədzin Dağıstan ərazisində, Dağlıq Qarbağda olan Alban kilsələrini erməniləşdirərək tərkibinə daxil edir.  Dağıstanın Nuqdi kəndində olan Alban kilsəsini Erməni kilsəsi adı ilə bərpa olunması da b qəbildəndir.

 

Alban-udin  kilsəsi müstəqil Eparxiyanın yaradılması və bütün Alban kilsələrinin onun tərkibinə daxil olmasını istəyir. Azərbaycan buna nail ola bilərsə, Qafqazdakı bütün alban kilsələri Azərbaycan Alban kilsələrinin vahid idarəçiliyinə keçəcək.

 

 

 

 

 

 

 

 

Leave a Reply