|

Başqalarının fikri – bu nə deməkdir?

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

«Camaat nə fikirləşər (yaxud nə deyər)?»  Bu sualı tez-tez veririk və ya eşidirik. Bu o deməkdir ki, başqalarının fikri, başqa sözlə desək, başqalarının nə fikirləşdiyi bizim üçün olduqca mühümdür. Bunun mahiyyəti ondan ibarətdir ki, özümüzü kiminsə fikrinə uyğunlaşdırmağa çalışırıq. Kimsə sözlərimizi, davranışlarımızı, fikrimizi qiymətləndirməlidir (və təbii ki, bu qiymətləndirmə müsbət olmalıdır). Hər bir fikrimiz, hər bir sözümüz, hər bir davranışımız, hər bir baxışımız, hər bir qiymətləndirməmiz, hər bir ideyamız, hər bir fikrimiz, hər bir … başqalarının özünün bilik səviyyəsinə, cəmiyyətdəki mövqeyinə, dini, estetik, etik və əxlaqi görüşlərinə, məqsədlərinə, niyyətlərinə və b. əsaslanaraq müəyyənləşdirdiyi çərçivəyə, başqa sözlə desək,  etik qaydalara (yaxud kriteriyalara)  sığmalıdır.

Bəs başqasının fikri (tənqidi yaxud dəstəkləyici) nə deməkdir? Bu ilk növbədə insanın yuxarıda qeyd etdiyimiz kriteriyalara əsaslanraq intellektimizə göndədiyi fikirdən başqa bir şey deyil.

Birincisi, haqqımızda deyilən istənilən fikirdə nadir hallarda mütləq həqiqət görmək olar, belə ki, adətən nəzakət xatirinə, nifrətdən, ikiüzlülükdən, paxıllıqdan və s. deyilir. Demək olar ki, həmişə boş sözlərlə mübadilə edəndə istər-istəməz görünüşə (zahirə) əsaslanırıq və təhriflərlə qarışmış və həqiqətə uyğun olmayan ümumi qəbul edilmiş «etik qaydaları» meyar kimi qəbul edirik. «Etik qaydaların» mahiyyəti  bundan ibarətdir ki, biz başqalarının gözündə kim və necə olmalıyıq. Yaxud başqa sözlə desək, «etik qaydalar» bizə elə dəyərlər və həyat tərzini zorla qəbul etdirir ki, ona əsaslandıqda ürəyimizin istəyinə qarşı çıxırıq və bu «qaydaların» çərçivəsinə daxil olaraq, əslində özümüzə qarşı ikiküzlülük edirik (fərqi yoxdur – istər öz fikrimizi söylədikdə, istərsə də kimdənsə öz fikrini söyləməsini istədikdə) desək, yəqin ki daha doğru olar. Bəzən bu ikiüzlülük mahiyyəti gizlətməyə kömək edərək, bizim üçün olduqca mühüm olan zahiri (xarici) kriteriyaları vurğuladıqda hətta belə xoşumuza gəlir. Ancaq zahiri (xarici) istənilən halda mahiyyəti ortaya çıxarmır. Mahiyyət bizim gözümüzlə görə bildiyimizə uyğun gəlmir.

Ikincisi, söylənən hər bir fikrin  acınacaqlı nəticələri ola bilər. Söylənən fikir şüur altına nüfuz edərək, ağılda uzun müddətli kök salır və hər bir fikir enerjiyə malik olduğundan taleyimizi təhrif edəcək müxtəlif proseslər və hadisələr formalaşdırır. Başqalarının fikri varlığımızın  Tanrınnı yaratmadığı mahiyyətin bir hissəsinə çevrilərək, bizə zərər verəcək, hətta bəzən içindən çıxmaq mümkün olmayan çıxmaza gətirib çıxaracaq. Çünki mənəvi dünyanın öz qanunları var və onları pozmaq Uca Güclər tərəfindən cəzalandırılır.

Bəs başqalarının fikirlərinə qulaq asıb, bu fikirlər əsasında qərarlar qəbul edəndə mənəvi dünyada hansı hadisələr baş verir? Maddi dünyada inkarnasiya olan Ruhun əsasında yaşayıb inkişaf edəcəyi öz bəlli proqramı (yəni qabaqcadan müəyyənləşdirilmiş hərəkət xətti) var. Bu poqramı həyata keçirmək olduqca mühümdür. Belə ki, bu proqram Ruhun  hazırki reinkarnasiyasındakı inkişafının əsasını təşkil edir. Bu  proqramda hətta proqramın düzgün yerinə yetirilməsindən asılı olan ömrün uzunluğu da nəzərdə tutulur.  Hazırki reinkarnasiya üçün müəyyənləşdirilmiş proqramdan kənara çıxmaq  Uca Güclər tərəfindən cəzalandırılır, çünki bir Ruhun proqramı  başqa ruhların proqramı ilə sıx şəkildə bağlıdır. Bu proqramda düzgün qərarlar qəbul etmək lazım olan  seçim nöqtələri vardır.  Seçim nöqtəsində düzgün qəbul edilməmiş qərar (yəni proqramauymayan qərar)  çıxmaza aparan qola  ayrılır. Məhz burada başqalarının fikri proqramın yerinə yetirilməsinə mane ola bilər və bu da son olaraq vaxtsız ölümə gətirib çıxaracaq. (Bax: И. Любимова. За гранью непознанного; Высший Разум продолжает открывать тайны. Книга 3-я; Адам и его потомки. 2012 г.).

Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar: bizi onların gözündə necə olduğumuza inandırmağa çalışan adamların fikirlərinə qulaq asmaq lazım deyil, hətta şüurumuzun bizə dirktə etdiyi öz şəxsi fikirlərimizə belə qulaq asmaq lazım deyil. Ancaq və ancaq qəlbimizin bizə Tanrının haqqımızdakı fikrini pıçıldayan səsinə qulaq asmaq lazımdır. Çünki yalnız Tanrı haqqımızda hökm verə bilər.

 

Sevgi və işıq arzusu ilə

GÜLZAR.

 

 

Tags: ,

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.ru/az.gumilev-center.ru/wp-content/themes/transcript/single.php on line 62