|

Bakıda doğulan ermənilərin şəhərə gəlməsinə şərait yaratmaq etimadı artırardı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

Gülnara İnanc

 

Ermənistan-Azərbaycan arasında konfliktin çözülməsi uzandıqca xalqlar arasında düşmənçilik artır və onların nə zamansa, birlikdə bir dövlət çərçivəsində yaşamaq və qarşılıqlı etimadı üçün zəmin azalır.  Ermənistan mətbuatı Moskvada Rusiyanın səyləri ilə ikinci dəfə keçirilən Azəprbaycan və erməni ictimaiyyət nümayəndələrinin görüşü bu yaxınlaşmaya nail olmaq cəhdləridir. Ermənistanda bu görüş demək olar ki, işıqlandırılmayıb. Azərbaycanda isə bu görüşə qarşı tənqidi çıxışlar daha çox oldu.

Mövzunu hazırda Rostov na Donu şəhərində yaşayan erməni ziyalısı Aleksandr Akopov Baku Post üçün şəhr edir.

 

Akopov Aleksandr İvanoviçfilologiya elmləri doktoru, professor. Hal-hazırda Cənubi federal universitetin professor-məsləhətçisi və Tolyatti dövlət universitetinin professoru, RELGA elmi-mədəni jurnalın baş redaktorudur (www.relga.ru).

 

Azərbaycan erməni  tərəfləri arasında inam yaratmaq üçün nə lazımdır?

-İnam dəyirmi masanın bütün iştirakçıları tərəfindən sadə bir şeyin — sülh danışıqları, mədəni dialoq, ayrı-ayrı şəxslər və cəmiyyətlər arasında humanitar münasibətlər üçün heç bir alternativin olmaması anlayışa sahib olmaqdan asılı olaraq yarana bilər və yaranmalıdır da. Biz sülh şəraitində mövcud olmağaməhkumuq, gələcəkdə isə peşəkar sferada başlanğıc üçün birlik, birgə fəaliyyətə.

Tərəflər anlamalı və hiss etməlidirlər ki, bütün etnik və dini münaqişələr yalnız siyasətçilər və ya hökumət nümayəndələri tərəfindən yaradılır və qızışdırılır və kimlərinsə marağına xidmət göstərir. Adi insanlar, vətəndaşlar və zəhmətkeşlər arasında ziddiyyət yoxdur.

Buna görə də, belə bir dialoq təşkil etmək və tərəflər arasında inam yaratmaq istəyən təşkilat da qeyri-siyasi və ya qeyri-hökumət təşkilatı olmalıdır.

-Münaqişə tərəfləri arasında inamın yaradılmasına nə mane olur?

-İnamın yaradılmasına toqquşmaların müxtəlif anları, qarşıdurma və qanlı münaqişələrə aparıb çıxaran müştərək tarixin toqquşmalara və təəəsüf ki, qanlı konfliktlərə gətirən faciəvi anları (şükür ki, onlar lokal xarakter daşıyır)  mane olur. Bütün mülki qarşıdurmalarda, ciddi münaqişə, ələlxüsus da müharibələrdə olduğu kimi, əgər qan tökülməsini xatırlasaq, onda razılıq əldə edə bilməyəcəyik, çünki, hamının qanı eyni rəngdədir və onun az, yoxsa çox miqdarda axıdılmasını isə ölçmək lazım deyil. Bir damcı belə qan itirmədən ölmək, eləcə də çoxlu qan itirməklə də sağ qalmaq olar.

Buna görə də, inamın yaradılması üçün yeganə şans nə olur olsun ağ vərəqdən başlamaqla dialoqa qarşılıqlı həvəs lazımdır.

-İnamın yaradılması üçün hansı məsələlər prioiritetdir?

-Hər şeydən öncə mədəni, sivilizasiya dialoqu. Bizi nə birləşdirdiyini birgə axtarmaq lazımdır. Tarixi axtarış və erməni və azərbaycanlılar arasında müsbət qarşılıqlı təsir faktları yaradılmalıdır. Peşəkar sferada qarşılıqlı məsələlər, Böyük Vətən Müharibəsində, eləcə də daha uzaq tarixdə ümumi düşmən barədə təbliğat və məlumatların bölüşdürülməsi də önəlidir. Bakıda doğulub, boya, başa çatan keçmiş qaçqınların bu şəhərə gəlməsi üçün şəraitin yaradılması da dialoqun və etimadın yaradılmasına xidmət edərdi.

Bu problemin həllinə qısa müddət ərzində nail olmağın mümkün olmamasını nəzərə almaq lazımdır. Münaqişə zamanı şəxsən  zərərçəkmiş və ya yaxınlarını itirmiş şəxslər dialoqa asanlıqla razı olmur, lakin vaxt keçdikdə bu da keçəcək, çünki bütün müharibələr nə vaxtsa başa çatır və əvvəllər döyüşmüş əskərlər isə nə vaxtsa bir-birinə əl tutur.

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.ru/az.gumilev-center.ru/wp-content/themes/transcript/single.php on line 62