|

«Azərbaycanda və dünyada pandemiya şəraitində tarixin tədrisi prosesində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu» elmi — pedagoji beynəlxalq videokonfrans

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 1,67 out of 7)
Загрузка...

Aprel ayının 24-ü Azerbaycan dövlet pedagoji universitetinin Tarix-Coğrafiya fakültəsinin Ümumi tarix və Tarixin Tədrisi Texnoloqiyası kafedrası teşebbüsü ile   «Azərbaycanda ve dünyada pandemiya şəraitinde tarixin tədrisi prosesinde informatika ve kommunikasiya texnologiyalarından istifadəsenin rolu» adlı beynelxalq elmi video-konfrans keçirilmisdir.

Video-konfransda ADPU-nun rektoru professor, tarix üzrə elmlər doktoru CƏFƏR CƏFƏROV, kafedranın müdiri, t.ü.e.d. Sevinc Əliyeva, müəllimləri p.ü.f.d. Təranə İsayeva, Dəyanət Musayev, TC fakültəsinin 5 kurs tələbəsi  Qüdrətxanım Əliyeva ve BDU -nun Azerbaycan tarixi kafedrasının müdiri dos. Azad Rzayev, UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri t.ü.e.d.,  professor Vekil Hesenov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedra müdiri t.ü.f.d., dos. Azad Rzayev, xaricdən: TC Bakü Büyükelçiliğinin Eğitim Müşaviri Dr. Nihat Büyükbaş , RF Kazan Federal üniversitetinin kafedra müdürü prof. Rail Faxrutdinov, t.ü.f.d.  Ayrat Tuxvatulin, dekan müavini Alla Şakirova, dos. Albina Fayzullina,  Albina İmamutdina  ve başqaları çıxış   etdiler ve mövzu ətrafında kafedra müəllimləri, xaricdən qoşulan qonaqlar geniş müzakirə apardılar.  Müzakirəyə çıxarlan mövzular: Azərbaycan təcrübəsi: xüsusi texnologiyalardan  və tədris  vasitələrindən istifadə, distant tədrisdə beynəlxalq təcrübə, distant tədrisin üstünlüyü, distant təhsil — müasir pedoqoji metodologiyanın böyük nailiyyəti kimi,  distant təhsilin iqtisadi effektivliyi, təhsilin keyfiyyətinə  ixtisaslaşmış nəzarət, distant kursları və distant tədrisi  keçirən müəllimlərin pedoqoji hazırlığı, tədrisin pedoqoji fəaliyyətin distant formasına texniki, metodoloji, psixoloji bacarıq və vərdişlər baxımından adaptasiyası, informasiya və  psixoloji-pedoqoji texnologiyaları və s.

Nəticədə vurqulandı ki, pandemiya şəraitində, həyat fəaliyyətinin bütün sahələri  çətinliklərlə üzləşdiyi bir halda təhsil sahəsi tədrisi dayandırmadan  Distant (məsafədən) təhsilə keçdi. Müəllim, şagird və  tələbələr arasında birbaşa, şəxsi təmas olmadan Distant tədrisə maraq və tələb kəskin artdı. Bununla da  Distan  təhsil sistemi  müasir pedaqoji metodologiyanın böyük bir naliyyəti  olduğunu sübut etdi. Distant təhsildə  müəllim-tələbə, müəllim-şagird qarşılıqlı fəaliyyəti prosesi müasir texnologiyalar vasitəsilə internet, multimediya, kompüter texnologiyası, kompüter telekommunikasiya, milli və kabel televiziyası,  multimedia və s istifadə etməklə həyata keçirilir.

Leave a Reply