|

Azərbaycanda müxtəlif dinlərin birgə fəaliyyəti üçün yaxşı şərait var

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Müsahibimiz səfir Luis Fillipe Kastro Mendes PortuqaliyanınAvropa Şurasındakı daimi 

nümayəndəsi, qurumun NazirlərKomitəsinin təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühitüzrə məruzəçi qrupunun sədridir. 

Bu yaxınlarda Bakıdasəfərdə olan Mendes «Mədəniyyətlərarası dialoq:mədəniyyət və din arasında qarşılıqlı əlaqə»

 mövzusunda beynəlxalq tədbirdə iştirak edib. Müsahibə zamanı əvvəlcəAvropa Şurasının

 mədəniyyətlə bağlı prioritetlərindən danışıb:

— Mən qurumda təhsil, mədəniyyət, idman, gənclər və ətrafmühit üzrə məsələlərə cavabdehəm. Biz demokratiya, insanhüquqlarının  qorunması aspektindən yanaşaraq bu sahələriinkişaf etdiririk. Demək istəyirəm ki, fəaliyyətimizə aid olanbütün işləri demokratiya  müstəvisində həyata keçiririk.Məsələn, biz mədəniyyət üzrə işləyirik, lakin mədəniyyəttədbirləri, mədəni irs məsələləri konkret olaraq  bizimobyektimiz deyil. Ona görə ki, bu, birbaşa UNESCO-nunfəaliyyət sahəsidir. Sadəcə demokratik mədəniyyətin inkişafıbizim üçün vacibdir. Mədəniyyətin özü demokratiyanınkökündə dayanır,  onun özülünü təşkil edir.

— Necə hesab edirsiniz, dünyada dinlərin dinlərlə, mədəniyyətlərin mübarizəsinin kökündə hansı amillər dayanır?

— Müasir dünyamızda dinlərarası və mədəniyyətlərarası mübarizə çox ciddi problemdir. Əsl həqiqət bundan ibarətdir ki, bunlarsiyasi motivli  mübarizələrdir. Problemlərin kökü isə belə başlayır: dini və ya mədəni motivasiyalı olması güman edilənmübarizədə tərəflər deyirlər ki, biz  bunu qəbul etmirik, biz bir yerdə yaşaya bilmərik. Yəni bir-birilərinə dözümsüzlük nümayişetdirirlər. Əlbəttə, heç bir din bizə belə fikirləri  təlqin etmir. Eyni zamanda dini dünyagörüşləri əsasında yaranan fəlsəfə dəsülhü, bütövlüyü təlqin edir: biz dünyaya bölünmək üçün deyil,  birləşmək üçün gəlmişik. Elə götürək böyük islam filosofuCəlaləddin Ruminin fikirlərini. Onlar bu gün də bizim üçün çox qiymətlidir.  Təəssüf ki, müasir dövrdə bir qisim insan da dindən,dini arqumentlərdən siyasi mübarizə aparmaq üçün sui-istifadə edirlər.  Bəzi cəmiyyətlərdə isə hesab edirlər ki, başqa dindənolanlar xoşniyyətli adamlar deyil. Bu mənada bir sıra ölkələr miqrantları, başqa dinə,  mədəniyyətə məxsus insanları özlərinəproblem hesab edirlər. Digər tərəfdən, müxtəlif yerlərdə «həqiqi din uğrunda» bəhanəsi ilə insanları  qətlə yetirirlər. Məsələn,götürək Nigeriyada «Boko haram», İraqda İŞİD qruplaşmasını və s. Təəssüf ki, müasir dünya hələ bu təhlükələri  yetərincə etirafetmir. Biz müasir dünyanın bir hissəsi olmalı, proseslərdə iştirak etməliyik. Eyni zamanda qloballaşma özü ilə  birlikdəmədəniyyətlər və dinlər arasına belə şübhələr də gətirə bilir. Ona görə də müsəlman, katolik, pravoslav, yəhudi din  liderləriniBakıda keçirilən toplantıda bir araya topladıq. Biz burada bir-birimizə hörmət edərək, bir-birimizi tanıyaraq  ideyalarıpaylaşmalıyıq. Lakin digərlərinə yalnız öz dinimizi həqiqi din olduğunu diktə etməməliyik. Bu baxımdan dövlətləri bu  probleminhəllinə cəlb etməli, buna həm də təhsil səviyyəsində, sosial hərəkatlarla müdaxilə etməliyik. Bütün bunlardan sonra  ortaya beləbir sual çıxır: Bu kifayətdirmi? Cavab verərdim ki, xeyr. Tədris prosesində bu kimi məsələlər qaldırılmalıdır.  Bütün dövlətlərdətolerantlığın təbliği prosesi getməlidir. Bəzi hallarda dinlərin tədrisində böyük səhvlərə yol verilir.  Bu kimi halları pisləyirik. Onagörə də Azərbaycanın belə bir təşəbbüslə çıxışı, belə bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq oldu.  Bir araya gəlib özfikirlərimizi daha aydın şəkildə paylaşdıq. Mübadilə yaxşı vasitədir.

— Dünyada baş verən bu proseslərə Avropa Şurasının münasibəti necədir?

— Biz qəti şəkildə islam fobiyasının əleyhinəyik. Eyni zamanda dindən neqativ formada istifadəyə qarşı çıxırıq.

Bəzən dinirəhbərlərin insanları ittiham etmələrinə də qarşıyıq. Belə olan halda sadəcə dindən bir vasitə kimi istifadə olunur.

Bununla dainsanlar nəzarət altında saxlanılır. Ona görə də əgər öz aramızda dialoq qura bilsək, bu xoşagəlməz halları aradan qaldırabilərik.  Mənə elə gəlir ki, bu gün dünyanın ən böyük problemi bu və digər dinə mənsub olan şəxsin özünü başqalarından üstün,daha çox səlahiyyətli,  fenomen hesab etməsidir. Düşünürəm ki, biz islamı da, xristianlığı da daha yaxşı tanımalı, bilməliyik.İkinci problem dini hissləri  manipulyasiya etməkdir. Təəssüf ki, bu gün dini konfliktləri dünyanın çox yerində görə bilərik.Məsələn, mən Hindistanda yaşamışam. Bu ölkə politeist dinlərin (çoxallahlılıq) hökm sürdüyü yerdir. Cəmiyyət nə zamanmüxtəlif dinlərin birgəyaşayışına tolerant yanaşacaqsa,  onda normal yaşayış da mümkün olacaq. Bu bir çox ölkələrdə baş verir.Bəzən bir neçə din bir yerdə mövcud ola bilir. Bəzən isə fanatiklər  tərəfindən guya vahid həqiqi din uğrunda mübarizə başlayır.Hətta tarixin müəyyən mərhələlərində özünü müasir dinin yeni peyğəmbəri elan  edənlər də olub. Əlbəttə, bu əvvəl idi. İndi yenitexnologiyalar ortaya çıxıb.

— Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında mədəniyyət abidələrimiz ya dağılır, ya da ermənilə tərəfindən özününküləşdirilir. Əgər söhbət demokratiyaya əsaslanan mədəniyyətdən, insan haqlarından gedirsə,Avropa  Şurasının bu məsələyə münasibəti necədir?

— Bu, iki ölkə arasında olan konfliktdir. Təəssüf ki, hazırda dünyanın çox yerində belə konfliktlər var. Azərbaycanla Ermənistanarasındakı  konflikt dialoq və diplomatik yollarla həll olunmalıdır. İki ölkə Avropa Şurasının üzvüdür və bizim ən böyük arzumuzmünaqişələrə son qoymaqdır. Biz ölkələrdə sülh istəyirik. Onu da qeyd edim ki, bacardığımız qədər danışıqlar prosesinə dəkömək etməyə hazırıq.

— Azərbaycanda dinlərarası və mədəniyyətlərarası durumla bağlı müşahidələriniz sizə nə deyir?

— Müxtəlif inancların inkişafı üçün Azərbaycanda yaxşı şərait var. Sevindirici haldır ki, burada müxtəlif dinlər birgə fəaliyyətgöstərə bilir.  Məscid, kilsə, sinaqoq bir aradadır. Azərbaycanda dinlər toqquşmur. Eyni zamanda biz burada müxtəlifmədəniyyətlərin də birgəyaşayışının  şahidi olduq. Burada apardığımız fikir mübadiləsi də çox faydalı oldu. Bir-birimizi çox yaxşıbaşa düşdük.

PƏRVANƏ

http://www.525.az/

Leave a Reply