|

Azərbaycanda milli və dini azlıqların sosial-mədəni inkişafı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 0,00 out of 7)
Загрузка...

 

 

 

Elvin Xəzər

Öz coğrafi və strateji mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli olan Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub. Ayrı-ayrı dövrlərdə Azərbaycanın feodal dövlətləri öz ərazilərini genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın və Orta Asiyanın bir sıra xalq və etnik azlıqları qrup halında ölkəmizə köçürülmüşlər. Eləcə də, istər Azərbaycana sasanilərin, ərəblərin və monqolların yürüşləri, Orta Asiya türklərinin növbəti gəlişi, istərsə də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu əraziyə köçürülmüş tayfalar və etnoqrafik qruplar talelərini əbədi olaraq bu torpağa bağlamışlar. 
Bu torpağı özünə əbədi məskən seçmiş xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşmış, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışmışlar. Bu gün haqlı olaraq bu torpaqda yaşayanların çoxu Azərbaycanı özlərinin doğma və əbədi vətənləri hesab edirlər. Bütün bu cəhətlər indi nəinki demoqrafik hesablamalarda, həmçinin Azərbaycan xalqının, millətinin formalaşmasının məzmununda və tərkib hissəsində də özünü göstərir.

Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi — azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. 1999-cu il əhalinin siyahıyaalınması göstərdi ki, Azərbaycanda yaşayan əhalinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni isə milli azlıqlar və etnik qruplar, o cümlədən ləzgilər — 2,2%, ruslar — 1,8%, talışlar — 1,0%, avarlar — 0,6%, türklər — 0,5%, tatarlar — 0,4%, ermənilər — 1,5%, gürcülər — 0,2%, kürdlər — 0,2%, ukraynalılar- 0,4%, yəhudilər — 0,2% və başqa xalqlar təşkil edir.

Dövlətin milli azlıqlara münasibəti 

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqlarn ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. 1994-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi.

Prezident İlham Əliyev də Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı — seçkilik olmayacağını bəyan edir. O, bildirib ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən milliyətindən aslı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcəkdir.

Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.
Hazırda dövlətin özünü bu və digər milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür:
— dövlətin ərazi bütövlüyü və onun suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi;
— milli azlıqların hüquq və azadlıqlarının qorunması;
— milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı;
— ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və prezdentin fərmanları əsasında milli azlıqların hüqüqlarının qorunması;
Bura həmçinin aşağıdakı aspektləri də daxil etmək lazımdır:
— Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsi; 
— tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması;
— ideoloji-hüquqi və mənəvi-psixoloci bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi; 
— milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək;
— millətçilik, irqçilik, hallarına yol verməmək; 
Qeyd edək ki, ölkə prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanan «Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı» Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd ediblər. 

Azərbaycan qanunvericiliyində milli və dini azlıqlar 

Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.

Azərbaycanın qanunvericilik aktlarında milli azlıqların hüquqlarının qorunması ilə bağlı mühüm konkret maddələr var.

AR Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı milli münasibətlər sahəsində dövlət siyasətini müəyyən edir. Fərman Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Konstitusiyada müəyyən edilmiş siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədilə Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər və rayon İcra Hakimiyyətləri qarşısında konkret vəzifələr qoyur.
AR Konstitusiyasının «Bərabərlik hüququ» adlanan 25-ci, 44-cü və 45-ci maddələri bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasını təmin edir.
AR Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildə — bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir.

AR Cinayət Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir.

MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də «Milli azlıqların hüquqlarının qorunması haqqında» qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq edib. Azərbaycan AŞ-ın Konvensiyasına 13 iyun 2000-ci ildə qoşulub.

Milli azlıqların dili və təhsili 

Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir.
Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Azsaylı xalqların dillərində təlim aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.

Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda “Təhsil siyasəti və milli azlıqlar” mövzusunda seminar keçirib, elə həmin noybarın son günlərində isə bu məsələ ətrafında Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilib.

Bu gün Təhsil Nazirliyi ölkə Konstitusiyası, “Təhsil haqqında” AR Qanunun tələbləri və Avropa Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir.

KİV-də milli və dini azlıqlara münasibət 

Azərbaycanda milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər dözümlülük nümayiş etdirir. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli azlıqların dillərindən istifadəyə meyilli yayımçılara üstünlük verir.

Hazırda bir ay ərzində Azərbaycan radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər yayımlanır.

Azərbaycan dövlət televiziyası azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı təqdim edir.

Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb.

Özəl kanallardan «ANS», «Lider», «Azad Azərbaycan» və «Srase»də rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir.

Regional telekanallarda (10 regional kanal var) rus dilindəki verilişlərin həcmi 25-40% təşkil edir.

Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda — Xaçmazda «Xaçmaz TV», Qubada «Xəyal TV» və «Qütb TV», Lənkəranda «Lənkəran TV», Zaqatalada «Aygün TV» adlı yerli telekanallar fəaliyyət göstərir.

Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.

Avropa Komissiyasının maliyyələşdirdiyi “Cənubi Qafqaz əlaqələri və vətəndaş həmrəyliyi” layihəsi (99/0355) çərçivəsində ölkə mətbuatında milli azlıqlar haqqında dərc olunan materialların sayı və mahiyyəti ilə bağlı 2002-ci il 1-31 dekabr və 2003-cü il 15 yanvardan 15 fevrala qədər monitorinq aparılıb. Monitorinq zamanı 8 qəzet tədqiq olunub: “Xalq qəzeti” və “Yeni Azərbaycan” (iqtidar), “Azadlıq” və “Yeni Müsavat” (müxalifət), “Şərq”, “525-ci qəzet”, “Zerkalo”, “Exo” (sonuncu ikisi rus dilindədir). Monitorinq zamanı aydın olub ki, burada onların ümumi-nəzəri və tarixi materialları ilə yanaşı, etnik və dini ümumiliklərin müasir vəziyyəti, ictimai təşkilatların tədbirləri haqqında məlumat və s. verilib.

Göründüyü kimi, etnik problem müstəqillikdən sonrakı dövrlərdə də Azərbaycan KİV-ləri üçün prioritet mövzu olub.

Dini və mədəni müxtəliflik 

Bu günlərdə Azərbaycanda keçirilən MDB və Dünya dini liderlərinin tədbirləri ölkəmizin digər dinlərə və millətlərə qarşı nə qədər tolerant olduğunun göstəricisi idi. Hazırda Azərbaycanda məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır. Azərbaycanda 160 ildir ki, “Bibliya” çap olunur.

Azərbaycan prezdentinin ayırdığı vəsait hesabına “İohan” Kilsəsi bərpa olunub. Hazırda Azərbaycanda 400 dini icma fəaliyyət göstərir ki, onların da 350-si İslam təmayüllüdür. Bura Qafqaz və İran xalqlarının icması da daxildir. Təxminən 60 xristian və yəhudi icması var. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və 1 udin pravaslav kilsəsi fəaliyyət göstərir. Bununla yanaşı 5 sinaqoq, 5 erməni qriqoriyan icması, malakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin 4 icması, almanların “Lüteran” kilsəsi və Roma Katolik Məbədinin fəaliyyəti bərpa olunub.

90-cı illərdə milli azlıqlar özlərinin milli-mədəni birlikləri, assosiasiyaları və ittifaqlarını yaratmağa başladılar. Bakıda və rayonlarda azsaylı xalqların milli-mədəni mərkəzləri açıldı. Milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqaləndirən Respubilka Şurası fəaliyyət göstərirdi. Onların arasında Talış, Kürd (Ronahi), Ləzgi (Samur), “Saxur”, Udinlərin “Orayin”, Tatların “Azəri”, Buduq, Xınalıq, Azərbaycan Slavyanlarının, Ləzgilərin Mifologiyasını Öyrənən Mədəni Mərkəzlər, Şeyx Şamil adına Avar, Rus, Azərbaycan Tatları, Məhsəti Türklərinin Vətən, Azərbaycan Yəhudiləri, Azərbaycan Gürcüləri, Beynəlxalq “İudaika”, Azərbaycan Ukraynalıları, Almanların Milli-Mədəni Cəmiyyətləri, Azərbaycan Avropa Yəhudilərinin İcması və s. var.

Bütün bunlarla yanaşı, azsaylı xalqların folkulorunun mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kolektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbilədən olan bir çox xalq kollektivləri nəinki respubilkamızda, eyni zamanda bir çox xarici ölkələrdə də məşhurdurlar.

Bu məqalə “AZADİNFORM” İnformasiya Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Milli azlıqların sosial-mədəni inkişafının KİV-də dəstəklənməsi” layihəsi çərçivəsində dərc olunur.

«Dengê Kurd»

1 Response for “Azərbaycanda milli və dini azlıqların sosial-mədəni inkişafı”

  1. Oyunun başlanma saatına yaxınlaşdıqca stadionun ətrafında akltiivk getdikcə artır,azarkeşlər saat 19:00dan etibarən stadionda oz yerlərini tutmağa başlayırlar.Fanklublar qəbul olunmuş qaydada qapı arxasındakı sektorlarda oz yerlərini alırlar,bannerlərini yerləşdirirler.Beləliklə oyun başlayır.Komandaların heyətlərinə diqqət yetirsək Italiyanın Milan səhərinin Inter klubunun ilk 11-liyində bir dənə də olsa italyan futbole7u yoxdur,qoca qurdlardan isə Cambiasso nu qeyd etmək olar,qalan heyət isə gənc,adətən ehtiyat skamyada əyləşən futbole7ulardır.Nefte7inin start heyətinde isə sadəcə gənc oyune7u Nurəhmədovu surpriz kimi gostərmək olardı.Ilk hissədə fcmumən Nefte7inin Interdən e7ox oz həyəcanı ilə mfcbarizə apardığını soyləmək olar,baxmayaraq ki,stadion oz meydanımızdır,tfcrklər demişkən stadion tıklım-tıklım doludur.Interin adı ilə oz həyəcanına qarşı mfcbarizə aparan Nefte7i birinci hissədə demək olar hee7nə ilə yadda qalmadı.Yadda sadəcə Interin hfccumları və Nefte7inin etdiyi səhvləri nəticəsində buraxdığı 3 qol qaldı birinci hissədə.Fasiləyə kimi bir dəfə Flavinyo qola yaxın oldu.Fasiləyə 3 buraxılmış qol ilə yollandıq.Ikinci hissəyə dəyişikliklərlə e7ıxdıq.Fasilədə məşqe7ilərin psixoloji,taktiki tapşırıqları oz bəhrəsini tezliklə gostərdi,Canales qol vuraraq fərqi iki topa endirdi.Təəssfcf ki,oyun başlayandan bəri komandamızın fiziki cəhətdən zəif olduğu ozfcnfc oyunun gedişatında gostərirdi.Təkbətək mfcbarizədə,adi toxunuşlarda udan tərəf rəqib oyune7ular olurdu.Ikinci hissədə Nefte7i ikinci dəfə qol vura bilərdi.Sadəcə olaraq standart vəziyyətdən Bertucci nin ustalıqla yerinə yetirdiyi zərbəni Interin qapıe7ısı e7ətinliklə də olsa uzaqlaşdıra bildi.Oyun 1 – 3 hesabı ilə sona e7atdı.

Leave a Reply