|

Azərbaycanda məişət zorakılığı

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Məhərrəmova Gülşən Azərbaycan Dövlət Pedaqoji Universiteti, tarix-coğrafiya fakültəsi                  Mhrrmovagulsn@gmail.com

 

Açar sözlər: Azərbaycan, qadın,zorakılıq,cəmiyyət,qanun,uşaq.

 

Xülasə.

Azərbaycan cəmiyyətində çox ailələrdə məişət zorakılığının baş verdiyini hər birimiz bilirik.Əksər ailələrdə qaınlar müxtəlif cür zorakılıqlara məruz qalırlar.Müasir dövrdə bu yöndə bir çox qanunlar,qaydalar  qəbul edilmiş və  sığınacaq, mühafizə yerləri açılmışdır.Amma biz bu problem üzərində daha çox çalışmalı ,insanları maarifləndirməklə bu halların qarşısını almalıyıq.

 

The title of the topic:Domestic violence in Azerbaijan

 

Key words:female,violence,society,the low,child

 

Summary

We know that domestic violence is happening in many families in Azerbaijan.In many families ,there are varios forms of violence against women.In the modern era,many laws have been established in this area.But we have to work harder on this problem and find ways to educate people.

 

Müasir dövrdə Azərbaycan ailələrinin əksəriyyətinin ən  böyük  problemlərindən biridə ailədaxili məişət zorakılığıdır.Əksər ailələrdə qadınlar müxtəlif işgəncələrə, şiddətlərə məruz qalırlar.Artıq son zamanlarda bu şiddətlər bəzən ölümlə də nəticələnir.Son günlərdə belə halların artmasının şahidi oluruq.Belə ki 28 mayda övladlarının gözü qarşısında öldürülən bir ananın faciəsini  hər kəs şahidi oldu.Şəhərlərdə bu  kimi hallar az baş versədə təəsüfki rayonlarımızda belə halların sayı artır.Məişət zorakılığının yaranmasında patriarxal dəyərlərin və güc ilə,nəzarəti ilə əldə etmək üçün zorakılıqdan istifadənin seçimi də ən başlıca səbəblərdən biridir.Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir.Kimdəsə bu fiziki,cinsi,şiddət,kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Cəmiyyətdə qadınlara qarşı zorakılıq əsas insan hüquq və azadlıqlarının pozulması kimi qəbul edilir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i həyatı boyu fiziki  zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz həyat yoldaşı və qohumları tərəfindən 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Uşaqlıq dövründə zorakılığa məruz qalan və ya zorakılıq şahidi olan uşaqların böyüdükdə zorakılıq törətməyə meyilli olmaları ehtimalı çox yüksəkdir. Bu da onların gələcəkdə davranışlarında, psixologiyasında özünü biruzə verərək, sağlam düşüncəli insan kimi formalaşmasına mənfi təsir edir. Mən qeyd etdim ki məişət zorakılığı müxtəlif formalarda təzahür edir – fiziki, psixoloji və iqtisadi zorakılıq. Fiziki zorakılıq “üzə vurulan sillə” dən tutmuş həyata qəsdetmə və öldürülməyə qədər olan hərəkətləri əhatə edir. Buraya itələmə, sürükləmə, şillələmə, yumruqlama, təpikləmə, boğma,  ev dustağı etmə, əl-qolun bağlanması və ya hərəkətin məhdudlaşdırılması,xəstə və ya yaralı olduqda yardım göstərməkdən imtina halları daxildir.Psixoloji zorakılıq təcrid etmək, xəsarət yetirməklə təhdid etmək, hədə-qorxu gəlmək, təqib etmək, təhrik etmək, incitmək, ləkələmək, fiziki və sosial baxımdan təcrid etmək, etimadı itirmək və s. daxildir.

Məişət zorakılığının artması o deməkdir ki, ölkədə psixi problemləri olan insanların da sayı ciddi surətdə artıb.Azərbaycanda Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18.6 faiz artaraq 51 nəfər olub. Ailədaxili münaqişələrin, qadınların öldürülməsi, uşaqların öldürürlməsi və döyülməsi, intihar həddinə çatdırma və s. bu kimi hallar məişət zorakılığı hesab edilir.
Azərbaycanda son dövrdə uşaqlara qarşıda məişət zoraklığı baş verir beləki əksər ailələrdəki kişilər qız övladı istəmirlər qızları olduqda isə onlarala kobud münasibət göstərirlər buna misal olaraq Azərbaycan da  baş verən hadisəni göstərə bilərəm ki bu hadisədə ata öz qızını su hovuzuna atmışdır səbəb isə qız övladı olduğu üçün.

Məişət zorakılığının qarşısın almaq mümkündürmü ? Sosioloqlar hesab edirlər ki, bu, mümkün deyil.Məişət zorakılığı halları inkişaf etmiş cəmiyyətlərdə belə baş verir.Məişət zorakılığının qarşısını almaq mümkün olmasada fəsadlarının qarşısının alınması üçün müəyyən sənədlər nəzərdə tutulub.Bura Mühafizə Orderi də daxildir.Məişət zorakıklığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır.İnsanlar  “camat nə deyər?” kimi söz-söhbəti eşitməmək üçün qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar.Zorakılıq halları cinayətlə nəticələndiyi zaman isə artıq gec olur.Uşaqların,qadınların öldürülməsi ,döyülməsi ,yaşlılara qarşı zorakılıq hallarının psixoloji səbəbləri də vardır.Yəni ağlı başında olan ,psixloji problemi olmayan insan heç vaxt zorakılığa yol verməz.Psixoloqların sözlərinə görə affekt vəziyyətinə çox zaman uşaqlıqdan psixoloji zərbə almış insanlar sonradan qəddar cinayətkara çevrilə bilərlər.Buna görə də valideynlər övladlarını sevgi ilə böyütməyə  çalışmalıdır.Sonra isə ən əsası onlara təhsil verməyə çalışsınlar.Ali məktəb olmasa belə bir peşə verməyə çalışsınlar.Uşaqlıqdan qızlara cehiz əvəzi kitab almağa çalışsınlar.Oğlanlarına etikadan kənar sözlər və  ya sən oğlansan hər şeyi edə bilərsən deyil onlar ilk növbədə əks cinsiylə nəzakətlə davranmağı öyrətsinlər.Öyrətsinlər ki gələcəkdə bu cür problemlər ortaya çıxmasın.Zorakılıq halları o qədər normal hal sayılır ki demək olar hər bir kiçik və böyük problemə görə qadına şiddət göstərməklə cəzalandırmaq həm kişilər həm də qadınların demək olar ki yarısı tərəfindən normal hesab edilir.Tədqiqatlar həm də onu sübut etmişdir ki,şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə  meylli olur,zorakılıq nəticəsində yaranmış aqressiyanı,kini,zorakı şəxsə qarşı göstərməyə gücü olmayan ana bəzi hallarda bu aqressiyanı uşaqlarına qarşı yönəldir.Əksər hallarda fiziki və psixoloji şiddətin təsirindən ana üçün uşaqlarına vaxt ayırmaq və sevgi göstərməkdə maneələr yaranır.

Şiddət hallarının intensivliyi şəhər yerindən yerindən rayon və kənd yerlərinə getdikcə daha da çoxaldığı halda,məişət zorakılığının profilaktikası və törətdiyi əmələ görə məişət zorakılığı qanunundan irəli gələn qaydalarla təqsirli şəxslərin ittiham edilməsi hallarında zəifləmə baş verir.Qanundan irəli gələrək yaradılmış qadin krizis  mərkəzlərində işçilər çalışmır və bu yerlərin aktiv fəaliyyət göstərməsi üçün maddi yardım yönəltmə və digər islahatlar aparılmır.Buna görə də çox vaxt məktəb və ya maarif mərkəzlərində yaradılmış bu otaqlar yaranma məqsədləri üçün istifadə edilmir və ya bağlıdır.Məişət zorakılığının cəmiyyət üçün ən başlıca ağır fəsadlarından biri də ruhi travma almış uşaqlardır.Tədqiqatlar nəticəsində məlum olmuşdur ki məişət zorakılığı mühütində yaşayan uşaqların 60 faizi inkişaflarının sonrakı dövrlərində müəyyən növ psixi problemlər yaşayırlar və bu simptomlar irəliləyərək hətta klinik səviyyəyə də çata bilir.Əlbəttə ki ,burada məişət zorakılığı zamanı uşağın buna necə şahid olduğu,onun nəyi gördüyü,nəyi eşitdiyi və neçə yaşında olması da öz təsrini göstərir.Körpə uşaqlar olan ailələrdə baş verən məişət zorakılığı hallarında adətən uşağın yatmaq və yemək rejimində ciddi problemlər yaşandığından uşaqda artıq dərəcədə çığırmaq və ağlamaq vərdişləri yaranır və körpənin normal inkişafı təmin edilmir.Məktəbəqədər uşaqlarda isə həddən artıq utancaqlıq,ünsiyyətdən çəkinmə və digər ibtidai və orta məktəb yaşlı uşaqlar kimi məişət zorakılığının baş verməsində özlərini günahlandırma halları müşahidə edilir.Bəzən psixoloji travmanın təsirindən uşaqlarda əsəb tutmaları ,ürəkkeçmələr kimi fiziki əlamətlər müşahidə olunur və bəzən özləri də fiziki şiddətin qurbanlarına çevrilirlər.Məişət zorakılığının cəmiyyətin inkişafına zərər vuran əsas amilləırindən biri də məişət zzorakılığının bir yoluxucu xəstəlik kimi bir nəsildən digərinə yayılması halıdır,şiddətə bəraət qazandıran cəmiyyətdə və ailənin kişi üzvü tərəfindən qadın üzvünə və ya üzvlərinə şiddət törədilmiş ailədə böyüyən yeni nəsil kişilər də gələcəkdə öz partnyor münasibətlərində şiddət göstərməyi haqları çatdığını düşünəcək və bununla da gələcək münasibətlərə öz mənfi təsirlərini göstərəcəklər.Məişət zorakılığını qarşını almaq üçün1 nəfər və yaxud 1 dövlət çalışmamalıdır bu bütün cəmiyyətin  həll edə bilcəcəyi bir məsələ olmalıdır.Bizdə arzulayırıq ki elə bir cəmiyyətdə yaşayaq ki şiddətə məruz qalan insanlar üçün sığınacaq və yaxud qanunlar qəbul edilməsin və ya bunlara ehtiyac duyulmasın.Azərbaycanda son dövrdə qadınların qorunması üçün sığınacaqların sayı artmışdır.Əsasən üstünlük Bakı şəhərindədi.Zorakılığa məruz qalan qadınlar bu sığınacaqlara üz tuturlar.

Məişət zorakılığının aradan qaldırılmasına dair bir çox qanunlar qəbul edilmişdir30 iyun 2017ilddə qəbul edilən qanuna əsasən yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

 

 

Ədəbiyyat siyahısı.

 

1.Gender bərabərliyi.https://www.az.undp.org/content/dam/azerbaijan/docs/publications/sustainabledevelopment/HDtextbook/9.pdf

 

2.AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİ VƏ GENDER MÜNASİBƏTLƏRİ:MÖVCUD VƏZİYYƏT VƏ İMKANLAR

https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/gender%20equality-az_0.pdf

 

3.Kəmalə Haqverdiyeva «Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadın hərakatı»

http://static.bsu.az/w8/Tarix%20ve%20onun%20problem/2009%20%204/196-206.pdf

 

4..https://bakuresearchinstitute.org/az/domestic-violence-a-common-problem-of-state-and-society/

 

 

 

Leave a Reply