|

“Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2,00 out of 7)
Загрузка...

Mayın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Ümumi tarix və tarixin tədrisi texnologiyasi» kafedrasının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının dəstəyi ilə Respublika Günü münasibətiləvideokonfrans formatında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov konfrans iştirakçılarını Respublika Günü münasibəti ilə təbrik edərək, bu günün tariximizdə oynadığı böyük rolu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb. Konfransın fəxri qonaqları – Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil üzrə müşaviri Dr.Nihat Büyükbaş, Kazak-Türk Universitetinin rektoru prof.dr. Cengiz Tomar, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin dekanı Prof.Dr. Hayati Develi qardaş Azərbaycanı bu mühüm və tarixi əhəmiyyətli Respublika Günü münasibəti ilə təbrik edərək öz dəyərli fikirlərini bölüşüblər.
Konfransda ADPU-nun “Ümumi tarix və TTT” kafedrasının müdiri t.e.d., dos. Sevinc Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı s.e.d. Elçin Əhmədov və həmin DİA-nın “Tarix” kafedrasının müdiri t.ü.f.d., dos. Firdovsiyyə Əhmədova, Türkiyə Cümhuriyyətin İstanbul Universitetinin professorları – Prof.Dr. Mehmet Ali Beyhan, Prof.Dr. Halil Bal, BDU-nun Azərbaycan tarixi (Təbiət fakültəsi üzrə) kafedra müdiri dos. Azad Rzayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti” şöbəsinin a.e.i. t.ü.f.d., dos. Kamran İsmayılov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun a.e.i. Aytən İmanova və b. məruzə ilə çıxış etdilər.
Konfransda ADPU-nun «Ümumi tarix və TTT» kafedrasının müdiri t.e.d.Sevinc Əliyevanın «Азербайджанская Демократическая Республика и государства Северного Кавказа” və «Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri müstəqillik illərində (1918-1920)» adlı rus və azərbaycan dillərində nəşr edilmiş kitablarınında təqdimatı keçirilib. Qeyd edilən kitabların redaktoru ADPU-nun rektoru profesor, t.e.d. Cəfər Cəfərov.
Türk xalqlarının, azərbaycanlıların Şimali Qafqazda, tatarların Azərbaycanda tarixi, Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri, Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətlərinin əməkdaşlıq və azadlıq uğrunda mübarizə tarixi haqqında monoqrafiyaların müəllifi Sevinc Əliyevanın yeni əsərində geniş arxiv materialları əsasında AXC-nin Şimali Qafqazın müsəlman dövlətləri ilə–Dağlı Respublikası, Şimali Qafqaz Əmirliyi, N.Qosinski İmaməti və bununla yanaşı, kazak, kazak-dağlı dövlətləri – Cənub-Şərqi kazak, Qafqaz dağlıları və azad düzən xalqlarının İttifaqı, Kuban Xalq Respublikası və Terek-Dağıstan Höküməti ilə qarşılıqlı əlaqələrinin işıqlandırıldığı vurğulanıb.

Leave a Reply