|

Azərbaycan və ermənilər arasında buz əriməyə başlayacaq

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...


 

 

 

 


 

 

Azərbaycan və Ermənistan ictimaiyyəti arasında dialoqun qurulması məsələsi münqişənin həllinin vacib şərtləri sırasında dövlət rəsmilərinin danışıqları ilə yanaşı görülür. Azərbaycanda olduğü kimi Ermənistanda da xalqlarımızın dialoquna müxtəlif münasibətlər var. «Nyu Baku Post» qəzetinə müsahibəsində jurnalist Samvel Nalbandyan mövzuya öz mövqeyini bildirir.

 

 

Arayış:  Samvel Armaisoviç Nalbandyan, jurnalist,  naşir,  «Rus-media qrupp» İnformasiya Evinin baş direktoru. Şəbəkəyə 13 qəzet, 2 jurnal (ümumi həftəlik tiraj 1,5 mln.nüsxədən çox.),  eləcə də bu yaxınlarda Rusiyanın cənubunda, Aşağı Povoljye (Volqoqrad, Voljskiy, Kamışin) və Çernozemyada (Voronej)  müxtəlif regionlarda yaraılmış internet resurs şəbəkəsi daxildir.  22 ildən artıqdır ki, jurnalistikadadır.

 

 

Azərbaycan və Erməni tərəfi arasında inam yaratmaq üçün nə lazımdır?

 

-Azərbaycan və Erməni tərəfi arasında inam atmosferinin yaradılması üçün 3 başlıca faktor mövcuddur: 1. Xalqların liderlərinin xoş iradəsi. 2. Cəmiyyətin daxilində razılıq (həm erməni, həm də azərbaycanlı) 3. Xalqlar arasında ünsiyyət.

 

Liderlərdən söhbət açmışkən, ilk öncə ən mühüm məsələlərdə ölkənin mövqeyini təyin edən şəxslər kimi siyasətçilər,  eləcə də xalqların məşhur və nüfuzlu nümayəndələrini(alimlər, yazıçılar, aktyorlar, jurnalistlər, iri və məşhur iş adamları (biznesmenlər), idmançılar və s.) misal gətirərdim. Məhz bu insanlar ictimai rəyi dəyişdirmək gücünə malikdirlər. Ermənistan və Azərbaycan tarixi qonşulardır. Hazırkı vəziyyətdə məhz bu amil ictimai müzakirələr üçün başlıca faktor ola bilər. Bir-birimizin yanında başqa cür onsuz da yaşaya bilmərik.

 

Qafqazda tez-tez belə deyim işlədirlər: yaxın qonşu uzaq qohumdan yaxşıdır. Yaxşı qonşuluq isə ünsiyyətsiz mümkün deyil. Ünsiyyət danışmaq, qulaq asmaq və bir-birini eşitməyə imkan verir. Gec, yaxud tez bu öz nəticəsini verəcək. Gec, yaxud tez biz anlayacağıq ki, aramızda ümumi çox şey var və inamsızlıq buzu artıq əriməyə başlayacaq.

 

Mənim indi yazdığım bu cümlələr hazırkı ünsiyyət üçün bir nümunədir. Bizim inam atmosferi yaratmağın vacibliyini anlamağımız çox vacib, bizi birləşdirici amildir.

Siyasətçilərin, ictimaiyyətin dialoqu gündəlik ünsiyyətlərin bərpasına gətirib çıxaranda xalqlarımız arasında inamın bərpa olunduğunu hesab edə bilərik. Vacib deyil, bu yol nə qədər uzun  olacaq. Əsas odur ki onu başlayaq.

 

—          Müharibədən keçmiş xalqların bir-birinə etimadını qaytarmaq asandırmı?

-İnam atmosferinin yaradılmasına 2 əsas şey mane olur. 1. Ölkə rəhbərləri, siyasətçilər üçün böyük siyasi risklər. 2. Müharibə ilə «zəhərlənmə» və ictimai şüurun çoxillik qarşıdurması.

 

İki xalqın uzun əsrlər boyunca davam edən qonşuluğu əsasən sülh və yaradıcı olub. Lakin bu gün ağır münaqişənin 25 illik mənfi təcrübəsini çiynimizdə daşıyırıq. Silahlı münaqişə, ideoloji toqquşma, qarşılıqlı danlaq və ittihamlardan başqa heç nə görməyən bir nəsil insanlar böyüyüb başa çatıb. Hər iki tərəfdən olan əsas elita (söhbət əsasən siyasi elitadan gedir) münaqişə dalğasında karyeralarının pik nöqtəsinə çatıblar. Zorakılıq nə qədər çox oldusa, onlar da daha çox zirvələr fəth etdi.

Məncə, bu şəxslər öz mövqelərini qorumaq və möhkəmləndirmək üçün digər üsul görmürlər. Və bu inam atmosferinin yaradılması yolunda əsas maneədir.

-Etnik yaddaşında konfliklilik psixologiyası kök salmış xalqların yenidən bir arada yaşaması üçün nədən başlamaq lazımdır?

 

-Xalqlarının taleyinin məsuliyyətini üzərlərinə götürən siyasətçilər heç olmasa nə barədəsə razılığa gəlməlidirlər. Hansısa məsələdə razılıq lazımdır. Hər hansı bir nəticə, hər hansı bir razılıq münasibətlərin istiləşməsi istiqamətində həlledici ola bilər.

 

Düşünürəm ki, prioritetlərdən biri kimi hər iki ölkədə anti-erməni və anti-azərbaycanlı təbliğatların dərəcəsinin azaldılması ola bilər.

 

Tarixdə ağır müharibə və uzun müddətli qarşıdurmalardan sonra xalqların barışdığı və yaxşı qonşuluq münasibətlərinin bərpa olunması ilə bağlı çoxlu nümunələr var. İkinci Dünya müharibəsinin tarixinə baxmaq kifayətdir. Polyaklar, çexlər, almanlar müharibə zamanı xalqların bir-birinə vurduğu ağır yaraya baxmayaraq, barışa bildilər və xalqlar arasında inam yarada bildilər. Belə nümunələri tətbiq etmək lazımdır .

 

Xalqlarımızın ictimai şüuruna tarixin qaçılmaz finalının müharibə deyil, sülhün olması fikirlərini yeritmək prioritet məsələdir.

Leave a Reply