|

Azərbaycan-Serbiya: fundamental təməl

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 

 

GÜLNARA İNANC

 

Serbiya ilə Azərbaycan arasında əlaqələr inkişafın başlanğıc mərhələsindədir. İki ölkənin münasibətlərində iqtisadi və siyasi sferalarda əməkdaşlıq getdikcə genişlənir. Zaman-zaman bu əlaqələr daha da möhkəmlənir, inkişaf tempi sürətlənir. Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç “New Baku Post”a müsahibəsində bu məsələlər barədə ətraflı danışdı.

 

– Serbiya ilə Azərbaycan coğrafi cəhətdən bir-birindən uzaqda yerləşir. Sizcə, bu iki ölkəni hansı amillər yaxınlaşdırır?

 

– Əgər qarşılıqlı maraq varsa, coğrafi məsafə münasibətlərə təsir etmir. Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ümumiyyətlə maraqlı ölkədir. Serbiya ilə Azərbaycan əksər sahələrdə bir-biri üçün cəlbedicidir. Elə bunun nəticəsidir ki, ölkə başçılarının qarşılıqlı səfərləri olub. Son iki ildə səfirliklərin açılması ilə diplomatik münasibətlər dinamikləşib. İlin sonunadək Bakıda Azərbaycan-Serbiya iqtisadi forumu keçiriləcək. Bu, qarşılıqlı iqtisadi maraqların öyrənilməsinə, iş adamlarının biznes əlaqələrin qurulmasına, həmçinin infrastrukturla yaxından tanış olmağa imkan verəcək. İqtisadi əlaqələrin genişlənməsinin hüquqi əsasının yaradılması vacib məsələlərdəndir ki, bununla bağlı da lazımi tədbirlər həyata keçirilir.

 

– Azərbaycan və Serbiya hansı beynəlxalq layihələrdə birgə çalışır?

Serbiyada avtomobil yolunun çəkilməsi birgə iştirak etdiyimiz böyük beynəlxalq layihələrdəndir. Azərbaycan Hökuməti Serbiya Respublikasına 308 mln. avro məbləğində kredit vəsaiti verib. Bundan əlavə, Azərbaycan iş adamları bizim ölkədə, serb biznesmenləri isə burada çalışmağa başlayıblar. Qarşılıqlı fəaliyyət hələlik inşaat, kənd təsərrüfatı, ticarət sahələrini əhatə edir. Bütün bunlar yalnız başlanğıcdır, əlaqələr getdikcə genişlənəcək.

 

– Serbiya Azərbaycanın enerji sektorunda iştirak etdiyi hansı layihələrin istifadəçisi ola bilər?

– İmkanlarının məhdud olması səbəbindən Serbiya Xəzər enerji resurslarının Avropaya daşınması layihələrində iştirak etmir, bu işdə maraqlı olsa da. Layihələrin hamısının əsas prinsiplərindən biri Azərbaycan qazının Avropaya sabit və təhlükəsiz daşınmasının təmin olunmasıdır ki, Serbiya da bunun tərəfdarıdır. Serbiya TANAP və NABUKKO layihələrində iştirak etmək marağındadır. Konkret layihənin seçimi, bu layihələrdə iştirak edən korporasiyaların və sərmayəçilərin planlarından və razılaşmalardan asılı olacaq.

 

– İqtisadiyyatın hansı istiqamətləri ölkələrimiz üçün daha diqqətçəkəndir?

Hələlik ticarət, inşaat və kənd təsərrüfatı sahəsində əlaqələri qeyd edə bilərəm. İndilikdə siyahı kiçikdir, lakin yaxın gələcəkdə iqtisadiyyatın bütün sahələrində genişlənmə gözlənilir, həmçinin mədəniyyət və idman sahələrində. Iqtisadi əməkdaşlıqda hüquqi baza yenicə yaranır. İkitərəfli münasibətlərin genişlənməsi üçün bir az zamana ehtiyac var. Ancaq ilk addımlar göstərir ki, Azərbaycanla Serbiya arasında nümunəvi əlaqələrin formalaşması elə də çox vaxt aparmayacaq

Leave a Reply