|

Azərbaycan müxalifəti özünü mətbuata göstərir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 

Müxalifət oktyabrın 20-dən başlayaraq etiraz aksiyalarının mütəmadi keçirilməsinə qərar verib. Bu arada İctimai Palatadan (İP) Müsavat təmsilçisi olmaqla bir neçə siyasətçi ayrılıb.

 

Müxalifətin etiraz aksiyalarını kütləviləşdirə bilməməsinin səbəbi, İP-dən qopmalar və cəmiyyətin müxalifət böhranı barədə islamınsesi.az portalına Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə müavini Akif Heydərli müsahibə verib.

 

Müxalifətin yenidən akivləşdirməyə çalışdığı aksiyaları necə dəyərləndirərdiz?

 

-Son dövrlər müxalifət partiyalarının formal fəallığı Azərbaycanda iştimai-siyasi vəziyyətdəki nisbi dəyişikliklə, hakimiyyət dairələrində baş verən bəzi neqativ halların açıq şəkildə təzahür etməsi ilə bağlıdır. Milli Məclisin üzvü Gülər Əhmədovanın rüşvətlə bağlı video görüntülərinin yayılması iqtidarın adına ləkə gətirir. Beynəlxalq və yerli tədqiqat mərkəzlərinin hazırladığı araşdırmalarda Azərbaycanda korrupsiya və rüşvətxorluğun yüksək həddə olduğu göstərilir. Bu bəla hakimiyət dairələrinin bütün təbəqələrini yoluxdurub.

 

Belə hallar, üstəgəl əhalinin həyat şəraitinin ağırlaşması hakimiyətdən narazı qüvvələrin çoxalmasına və kütləviləşməsinə səbəb olur. Müxalifət partiyaları situasiyadan isdifadə edərək hakimiyətə qarşı kütləvi etiraz aksiyalarına başlayıblar. Hər bir etiraz aksiyası konkret bir hədəfə yönəlməlidir. AİP son iclaslarından birində MM-in buraxılması tələbini irəli sürdükdən sonra bəzi müxalifət partiyaları da həmin şüarı təkrar etməyə başladı.

 

Oktyabrın 20-də keçirilən etiraz aksiyasının da başlıca tələbi parlamentin istefası idi. Analizlər isə hədəfin düzgün seçilmədiyini, aparıcı partiyaların kütləvi etirazları təşkil etməkdə acizlik gösdərdiyini, ya da buna maraq gösdərmədiklərini ortaya çıxardı.

 

Etiraz aksiyalarının ümumresbublika masşatbında olması üçün siyasi qüvvələr arasında , xüsusilə böyük sosial bazası olan müxalifət partiyaları arasında məsləhətləşmələr olmalı idı. Yalnız müzakirələrdən sonra etirazlar baş tutmalıydı.

 

Aksiyaları müxalifət partiyalarının Qərb və yerli KİV-də özlərini göstərmək vasitəsi kimi keçirildiyini demək olar. Bu mənada müxalifət aksiyalarının natamam olduğunu, məqsədin şəffaf olmadığını, səhvlərə yol verildiyini, yaxud hədəfin düzgün seçilmədiyini deyə bilərəm.

 

İPdən Müsavat partiyasını təmsil edən Yadiqar Sadıqovun bir neçə bitərəf siyasətçinin istefasının üzdə olmayan səbəblərini nədə görürsüz?

 

-Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun ölkəyə gətirilməsi və prezident tərəfindən əfv olunmasından sonra Qərbin bəzi dairələri Azərbaycan hakimiyyətini tənqid etməyə başladı. Müxalifətin təbirincə desək «iqtidarı təkləndilər.»

 

Bəzi müxalifətçilər isə yaranmış şəraitdə hakimiyyət daxilində tərəfdaş qazanmaq üçün prezidentin R.Səfərovla bağlı qərarını dəstəklədilər. R. Səfərovun azadlığı tamamilə qanunauyğundur, amma müxalifətin məsələdə özünü göstərməyə çalışmasınının məqsədi aydın deyildi.

 

Bundan əlavə, İP ilə digər partiyaların əlaqələrinin məqsədli şəkildə gücləndirilməməsi, vahid namizəd məsələsində İP-nin buraxdığı səhvlər daxildə narazı qüvvələrin meydana gəlməsinə səbəb oldu. Nəticədə onlardan bəziləri iqtidara dolayısıyla yaxınlaşmaq və xidmət göstərmək üçün istefaya getdi. Onları anlamaq mümkündür. Ana müxalifət sayılan partiyaların cəmiyyətdə nüfuzunun artması və siyasi mübarizədə rolunun güclənməsi üçün seçilən hədəfin şübhəli olması istefalara gətirir.

 

Müxalifətin ictimai-siyasi nüfuz qazanması hansı şərtlərlə mümkündür?

 

-Bu gün Azəribaycandakı siyasi mübarizə bəzi dünya ölkələri arasındakı münasibətlərin dövlət başçılarının şəxsi əlaqələrilə tənzimlənməsinə bənzəyir. Ayrı-ayrı partiyaların, ictimai təşkilatların münasibətlərini və mövqeylərini onların liderləri müəyənləşdirir. Bu, tənəzzüldür.

 

AİP həmişə siyasi partiyaların hakimiyyət uğrunda mübarizədə milli ideologiya ilə silahlanmalı olduğunu bildirib. Milli idieologiyanı unutmaq mübarizəni təcrid etmək deməkdir. Partiyalar cəmiyyətdən kənar siyasi hakimmiyyət uğrunda mübarizə fonu yaradır. Bu cür mübarizə heç vaxt uğurlu nəticə verə bilməz. Müxalif qüvvələrin güclənməsi üçün cəmiyyətin tələblərini ifadə edən proqram irəli sürülməlidir. İdeologiya hədəflə bağlıdır. Amma bütün siyasi partiyalarda bunu axtarmaq sadəlövhlükdür.

 

Siyasi partiya narazı qüvvələrin birləşdiyi məkan deyil. AİP ədalətli cəmiyyət yaratmaq və vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq istəyən əqidə sahiblərinin milli-mənəvi dəyərləri qoruyan ideologiya irəli sürməklə siyasətdə qalmağın mümkünlüyünü irəli sürür.

 

Müxalifətin fəaliyyətində  isə şəffaflıq olmadığından bu xüsusiyyətlər yoxdur. Cəmiyyətdə siyasi partiyalara ümumxalq hərəkatı illərində olduğu kimi etibar yoxdur. İndi cəmiyyətin hər bir üzvü həmin illərdə olduğu kimi özünü meydanda görmək istəmir. Vətəndaşlar mənəvi təlabatlarını ödəyə biləcək şuar və tələb eşidə bilmir. Buna görə də insanlar etiraz aksiyalarının nə  önündə, nə də içində yoxdur.

 

Ülkər Səbuhi

Leave a Reply