|

Azərbaycan İranın Avropaya çıxışı üçün tranzit ölkə ola bilər

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İran və Azərbaycan arasında münasibətlərin başa vurduğumuz ildə intensiv hal almasının müxtəlif səbəbləri var. İran resursları və bazarı Avropanı cəlb edir. İranın özü üçün də Avropaya açılış uzun illərdən bəri davam edən blokadadan bir çıxış yoludur. Qərb ilə Şərq arasında korpü rolunu oynayan və bölgənin güclü dövlətinə çevrilən Azərbaycan İran-Avropa əlaqələrinə vasitə ola bilər.

Mövzunu «Etnoqlobus» Beynəlxalq Onlayn informasiya analitik mərkəzi üçün İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak- Ayin şərh edir.

-Ötən ay İran prezidenti H.RuhaniAzərbaycana 2 günlük səfəredib. Bu, iki ölkə prezidentinin 4-cü görüşüdür. Ölkələr arasında görüşlərin intensivliyi nə ilə bağlıdır?

–Bu görüşlərin keçirilməsi göstərir ki, bugün İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin siyasi iradəsi münasibətlərin gücləndirilməsinə köklənib, Tehran və Bakı üçün öz əlaqələrini  gücləndirmək üçün yaxşı bir fürsət yaranıb. İki prezidentin 44-cü Davos forumunun haşiyəsində konstruktiv görüşü, Azərbaycan Respublikasının Prezidenti cənab İlaham Əliyevin 2014-cü ilin aprel ayındaTehrana səfəri, cari il müştərək iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi iki ölkənin möhkəm dostluğunun göstəricisidir.

 

-İran prezidenti H.Ruhani Bakıda olarkən Xəzər şelfində neft-qaz resurslarının birgə işlənməsinin də mümkünlüyünü qeyd edib.  Bu, mübahisəli yataqlara da aid edilə bilərmi?

– Bu sahədə əməkdaşlıqlardan biri də İran qazınınAzərbaycanın qaz anbarlarında saxlanması ola bilər. Bu sahədə müzakirələr başlanılıb və davam etdirilir.Azərbaycan gündə 1.2 milyon kubmetr qaz İrana ötürür ki, İran da bu miqdarda qazıNaxçıvana təhvil verir.

-İ.ƏliyevH.Ruhani ilə görüşündə bildirib ki,neft və qaz istehsalçılısı olan ölkələrimizin maraqları təbii ki, üst -üstədüşür.Biz məhsulumuzunu dünya bazarlarına çıxarmaq istəyirik.H.Ruhani isə bilidrib ki, İran Azerbaycan vasitəsiləAvropa ilə birləşə bilər.Bu birləşməni siz necə görürsüz? Bu birləşmən hansı formatda ola bilər və hansı sahələri əhatə edə bilər?

– Bəli, elədir. Hər iki ölkə özlərinin neft və qaz məhsullarını beynəlxalq bazara çıxarmaq istəyirlər və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Xəzər dənizində müştərək meydanların birgə istismarı, qaz ixracı məsələsində əməkdaşlıq və iki ölkə qazının Avropa ölkələrinə çatdırmaq üçün qaz boru xətlərinin çəkilməsi müzakirələrin əsas mehvərini təşkil edirdi.

Avropaya qaz ixrac etmək qısamüddətli layihə deyil və bu məsələ dərindən araşdırılmalı və dəyərləndirilməlidir.Bizim də Avropaya qaz ixrac etdiyimizi nəzərə alaraq bu sahədə birgə əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün SOCAR nümayəndələri ilə müzakirə aparmışıq.

-Azərbaycanın İran-Avropa münasibətlərində rolunu nədən ibarət ola bilər?

–İranın Avropa ilə ikitərəflli əlaqələri Prezident Həsən Ruhaninin dövründə diqqət mərkəzindədir.Bizim Avropa ilə ikitərəfli və çoxtərəfli müzakirələrimiz davam edir.Ümumilikdə bu proses müsbət məcradadır. Avropa İranın regional hadisələrdəs trateji rolunu, həmçinin İranın böyük bir bazar olduğunu yaxşı anlayır və ehtimal olunur ki, gələcəkdə bu məsələdə daha çox yeniliklər baş versin. Azərbaycan İranın Avropaya çıxışı üçün tranzit yollarından biridir və bu sahədə biz yaxşı əməkdaşlıq edə bilərik.

— İran prezidentiAvropa Birliyi çərçivəsində Avropa ölkələrinin əməkdaşlığı nümunəsində İran və Azərbaycanın sıx əməkdaşlığını mümkün sayıb. Sizcə, İran-Azərbaycan əməkdaşlığına bölgənin daha hansı ölkələri Avropa nümunəsində olduğu kimi qoşula bilər?

– İran İslam Respublikası Avropa ölkələri ilə münasibətlərini genişləndirməkdə heç bir maneə görmür və bütün Avropa ölkələri qarşılıqlı hörmətlə müştərək mənafelərini təmin etmək üçün İranın dostu ola bilərlər.

-Məncə, bu təlkifin arxasında əslində daha geniş bir təklif var-bölgədə birgə əməkdaşlıq qurumu yaratmaq. Siz,bu barədə nə deyə bilərsiz?

–Hal-hazırda regional və beynəlxalq əməkdaşlıq üçün bir çox qurumlar mövcuddur və yeni bir qurumun təsis edilməsinə ehtiyacın olmadığını düşünürük.

-Amma tərəflər arasında hər şeyin yağ kimi getdiyini demək çətindir. Məsələn, H.Ruhaninin Bakıya səfəri ərəfəsində Azərbaycan mətbuatı İran tərəfindən Azərbaycandakı bəzi talış etnikliyinə əsaslanan təşkilatların maliyyələşdirildiyi barədə məlumat yayıldı.İran prezidentinin Azərbaycana səfərinin bitməsindən həmən sonra isə İrana casusluq etməkdə günahlandırılan vətəndaşlarımızın məhkəmsi başladı.

H.Əliyevlə M.Xatəmi arasında ölkələrarası əməkdaşlıqda həssas, o cümlədən etnik məsələləri heç bir şəkildə manipulyasiya etməmək barədə bir qeyri-rəsmi razılaşma vardı.Bu razılaşmanın hazırda işləmədiyini demək olarmı?

– Bu kimi xəbərlər iki ölkənin dost münasibətlərinə təsir etmək məqsədilə yayılır. Xoşbəxtlikdən iki ölkə prezidenti və məsul şəxslər bu kimi xəbərləri və onların pərdəarxası məqsədlərini yaxşı tanıyırlar və şaiyələrin ikitərəfli münasibətlərə mənfi təsir etməsinə imkan vermirlər.

Hal-hazırda iki ölkə yalnız münasibətlərin möhkəmləndirilməsi barədə düşünür.

Gulnara İnanch

Leave a Reply