Avrasiyada orta əsr cəmiyyətləri
Y.Gözəlova·
Bakı Dövlət Universitetinin dosenti.
Məlum olduğu kimi, «feodalizm» anlayışı idrakın konkret-tarixi sahəsinə deyil, məntiqi sahəsinə aiddir; tarixi inkişafın müəyyən variantları əsasında yaranan bu anlayış sosial sistemin abstakt obrazını təşkil edir [26, s.12]. Bütün tarix dərsliklərində də feodalizmin bu abstarkt obrazı əsas götürülür. Lakin həmin absrakt obrazdan konkret materiala keçəndə, etiraf etmək lazım gəlir ki, «feodalizm»in təyini ziddiyyətlidir. Əvvəla, ona görə ki, bu təyin daha çox Qərbi Avropa ölkələri üçün nəzərdə tutulmuşdur. İkinjisi, bizim feodalizm haqqında nəzəri təsəvvürlərimiz hələ də XVIII-XIX əsrlərin tarixşünaslığında bərqərar olmuş ümumiləşdirmələrə dayaqlanır, onların isə kökündə klassik feodal ölkəsi sayılan Fransanın (dəqiq desək, Şimali Fransanın) tarixi durur. Yəni, feodalizmin xarakteristikası daha çox bir ölkənin nümunəsində rast gəlinən əlamətlərə söykənir. Bütün bu əlamətlər də bir məntiqi sxemdə, özünəməxsus «model»də jəmlənib. Şərq ölkələrində feodalizmin mövjudluğunu etiraf edən tarixçilər də həmin model üzərində çalışdığından, istər-istəməz qeyri-tipikliklə rastlaşanda, «Şərq feodalizmi» anlayışından istifadə etməli olurlar.
Əlbəttə, elmdə ümumiləşdirmələr, abstarksiyalar, nəzəri modellər olmalıdır, elmi idrak onlarsız mümkün deyil. Lakin modeli müxtəlif hallara və şəraitə tətbiq edəndə, modellə reallıq arasında böyük uyğunsuzluqlar olmamalıdır. «Klassik feodalizm» modelini isə ən müxtəlif ölkələrə (biz heç Şərq ölkələrini deyil, eləjə Avropanın digər ölkələrini – İngiltərəni, İtaliyanı, Skandinaviya ölkələrini götürsək) tətbiq edəndə, həmin ölkələrdə feodalizmin «qeyri-tipikliyi», «inkişafdan qalması» üzə çıxır; ona görə də hər bir ölkənin ijtimai quruluşunun dərin özünəməxsusluğu «qeyri-tipiklik» adı altında təqdim olunmağa başlayır. Bu bir daha göstərir ki, mediyevistika «model»in reallıqla dolaşması təhlükəsindən qaça bilməmişdir; fransiz feodalizminin klassik olaraq götürülməsi məntiqi jəhətdən yararsızdır. Axı inkaredilməz faktdır ki, dünya xalqları müxtəlif yollarla inkişaf etmişlər və bu inkişafın sürəti də fərqli olmuşdur. Əslində, bu, təbiidir və tarixi gedişin qeyri—bərabərliyi elə həmin tarixi inkişafın stimuludur. Feodalizmin təşəkkülü və inkişafı təjrid olunmuş şəkildə deyil, qeyri-bərabər inkişaf səviyyəsi olan xalqların qarşılıqlı təsiri şəraitində getmişdir. Bu qarşılıqlı təsir adi bir yaxınlaşma və ünsiyyət deyildi, bu, keyfiyyətjə yeni sistem doğuran sintez idi!
Fikrimizjə, müasir elm, tarixi inkişafın müəyyən bir mərhələsi kimi feodalizmin universallığını aşağıdakı korrektə ilə mümkün saya bilər:
-feodalizmin konkret-tarixi variantlarının müxtəlifliyinin və müjərrəd modeldən kənara çıxma hallarının nəinki mümkünlüyü, eyni zamanda zəruriliyi qəbul edilməlidir;
-mərhələli inkişaf haqqında təsəvvürlər mövjud ijtimai sistemin hər bir mərhələdə çoxukladlılığını da qəbul etməlidir;
-tarixi proseslərin mərhələlərə bölünməsi prinsipi hər bir sivilizasiyanın, hər bir bölgənin, hər bir ölkənin uzunmüddətli təsirə malik amilləri (təbii-joğrafi şərait, etnogenezin və sosial psixologiyanın xüsusiyyətləri, din, ijma tipi və s.) ilə əlaqədar jəhətlərini də nəzərə almalıdır [26, s.7, 17-18].
Feodalizmin iqtisadi xarakteristikasında da biz bu prinsiplərdən çıxış edirik. Bu xarakteristikada diqqətin yönəlməli olduğu əsas məsələlər – mülkiyyətin təbiəti, izafi məhsulun yaranması və təqsimi məsələləridir. Aydındır ki, orta əsrlərdə, xüsusilə erkən orta əsrlərdə zənginliyin əsas mənbələrindən biri torpaq olmuşdur və iri mülkiyyət kimi torpaq — feodalların inhisarında idi. Feodal torpaq mülkiyyətinin vajib xüsusiyyətləri aşağıdakılar sayılır:
— torpağın xırda istehsalçılar – kəndlilər tərəfindən bejərilməsi;
— torpaq mülkiyyətinin siyasi hakimiyyətlə çulğaşması;
— feodal torpaq mülkiyyətinin şərti xarakter daşıması və əksər hallarda iyerarxik struktura malik olması;
— mülkiyyətin korporativliyi [26, s.13-16].
Bu amilləri universal saymaq olar. Lakin avropasentristlərin fikrinjə, feodalizmin əsas qanunu «Nulle terre sans seigneur» (senyorsuz torpaq yoxdur) kimi səslənir [21, s.374; 29, s.21]. Sivilizasiyanın bütün əlamətlərini (istehsal təsərrüfatının mövjudluğu, mübadilənin inkişafı, dövlətçilik ənənələri) özündə daşımasına baxmayaraq, Asiya ölkələrində torpaq üzərində ali mülkiyyət hüququnun dövlətə məxsus olması faktı «feodalizmin Şərq tipi» anlayışını doğuran başlıja səbəb olmuşdur [26, s.15; 27, s.8-9]. Bu tip ayrılma bir neçə qüsuru ilə özünü inkar edir: əvvəla, «Nulle terre sans seigneur» çox məhdud məna kəsb edən hüquqi düsturdur və yalnız Fransada yayılmışdır [bax: yuxarı]. İkinji bir tərəfdən, dövlətin ali mülkiyyətçisi olduğu torpaqlar da xırda kəndli təsərrüfatları ilə çulğaşırdı və üstəlik, əksər Asiya ölkələrində pul rentası üstünlük təşkil edirdi ki, bu da əmtəə-pul münasibətlərinin yüksək dərəjəsindən xəbər verir. Nəhayət, bir vajib amil də yaddan çıxmamalıdır ki, feodal mülkiyyəti təkjə torpaqla bağlı münasibətlərlə məhdudlaşmırdı; feodalizm inkişaf etdikjə, həm Avropanın, həm də Asiyanın iqtisadiyyatında sənətkarlıq böyük əhəmiyyət kəsb etməyə başlayır. Sənətkarlığın jəmləndiyi, izafi məhsulun toplanıb bölündüyü, mübadilənin baş verdiyi şəhər feodal jəmiyyətinin inkişaf perspektivini müəyyən edir. Ona görə də feodalizmin iqtisadi xarakteristikasında ikinji vajib məsələ – izafi məhsulun toplanması və təqsimi məsələsidir.
Bu xarakteristika bizim üçün ona görə əhəmiyyətlidir ki, tijarət və onun bağlı olduğu şəhər çox zaman feodalizmdən kənar təsisat sayılır [23, s.15-16; 19, s.262-263; 31, s.240; 20, s.296]. Həqiqətən, orta əsr şəhəri feodalizmin əsas əlamətlərinə ilk baxışdan zidd görünür: natural təsərrüfatla şəhərdəki əmtəə-pul münasibətləri, şərti torpaq mülkiyyəti ilə xüsusi mülkiyyət, təhkimçiliklə şəhər azadlığı təzad təşkil edir; inkişafın elə bir mərhələsi gəlib çatır ki, orta əsr şəhəri mütərəqqi jəmiyyətin – kapitalizmin meydana çıxması üçün çox əlverişli şərait yaradır. Lakin şəhəri feodalizmdən kənar təsisat hesab edən tarixçilərdən fərqli olaraq, biz bu amilləri birmənalı qəbul etmirik və belə bir fikrin tərəfdarıyıq ki, bütün mütərəqqi jəhətlərinə və özünəməxsusluqlarına baxmayaraq, orta əsr şəhəri feodal jəmiyyətinin tərkib hissəsi olmuşdur. Orta əsr şəhəri feodalizm mühitində yaranmışdı və feodal jəmiyyətinin sosial, siyasi təkamülünün, əmtəə münasibətlərinin inkişafının nətijəsi kimi, onun üzvi hissəsi idi. Bir də ki, orta əsr şəhəri heç də feodal xüsusiyyətlərindən xali deyildi: sənət və tijarət mərkəzi olan şəhərdə istehsal və mübadilənin miqyası dar idi, əmtəə istehsalı sadə idi, sənətkar sexləri, tijarət gildiyaları, əxi təşkilatları, qardaşlıqlar, xanlar mülkiyyətin korporativliyindən xəbər verirdi, şəhər özü feodal əlaqələri sisteminə daxil idi. Doğrudur, orta əsr şəhəri dinamik struktur olması səbəbindən, aqrar sahə ilə, siyasi və inzibati təsisatlarla müqayisədə mütərəqqi jəmiyyət istiqamətində daha sürətlə gedirdi. Lakin jəmiyyətin yalnız bir komponentinin kapitalist yolu ilə inkişafı mümkün deyildi və istər-istəməz, şəhər öz sürətini digər feodal təsisatlarla uyğunlaşdırmalı idi.
Orta əsr şəhərlərinin mənşəyi ilə bağlı tarixşünaslıqda məşhur nəzəriyyələr mövjuddur; biz onların ijmalı fikrində deyilik, çünki elmi ədəbiyyatda həmin nəzəriyyələr çox geniş səjiyyələndirilmişdir [32, s.108-114; 37; 42; 26, s.246-248]. Bir fakt danılmazdır ki, şəhərlərin meydana gəlməsinin konkret-tarixi yolları müxtəlifdir, amma eyni zamanda ümumi qanunauyğunluqlara da malikdir. İlk növbədə bu, mübadilə üçün zəruri izafi məhsulun yaranması, sosial-iqtisadi mərkəz olaraq şəhərlərdə izafi məhsulun jəm olunub, siyasi-inzibati mərkəz kimi yenə də şəhərdə həmin izafi məhsulun təqsimi, ijtimai əmək bölgüsü nətijəsində sənətkarlığın əkinçilikdən ayrılması, sadə əmtəə təsərrüfatının fəaliyyəti qanunauyğunluqlarıdır.
«İzafi məhsulun toplanması»na ilk növbədə vergiyığımı, torpaq rentasnın alınması, şəhərlə kənd arasında mal mübadiləsinin qeyri-ekvivalentliyinin nətijəsi olaraq meydana çıxmış izafi məhsulun axını aiddir [19, s.10]. «İzafi məhsulun təqsimi» isə tijarətin bütün növlərini, məvajiblərin və xidmətlərin ödənilməsini əhatə edir [19, s.10-11]. O.Q.Bolşakov və Y.A.Yakobson tərəfindən şəhərin «izafi məhsulun toplandığı və təqsim olunduğu yaşayış məskəni» kimi təyini [19, s.10], zənnimizjə, şəhərə verilən təriflər içərisində ən uğurlusudur. Bəzi nyuanslar hesaba alınmaqla, bu təyin feodal şəhəri üçün də məqbul sayıla bilər.
Orta əsr jəmiyyətinin kənd təsərrüfatından ayrılmış funksiyaları şəhərdə jəmləndikjə, onların içərisində iqtisadi funksiya mərkəzi yer tutmağa başlayır. Bu funksiya xırda əmtəə istehsalı və mübadiləsində əks olunmuşdu. Sənətin müstəqil istehsal sahəsinə çevrilməsi, sənətkarlığın və tijarətin xüsusi mərkəzlərdə toplanması zərurətə çevriləndən sonra, sənətkarlığın və tijarətin kənd təsərrüfatından ayrılması baş verir. Bu prosesdə kənd təsərrüfatının özünün də inkişafı böyük rol oynamışdı: aqrar sahədə məhsuldarlıq artdıqja, izafi məhsul yaranır və onun satışı əlverişli olurdu. Digər tərəfdən, yüksək məhsuldarlıq kənd təsərrüfatında çalışan kəndlilərin bir qisminin artıq sırf sənətkarlıqla məşğul olmasına və ixtisaslaşmış sənətkar kütlələrinin yaranmasına imkan verirdi. Kəndlərdə əmtəə təsərrüfatı üçün geniş imkan olmadığından (sənətkarlıq məhsullarının istehlak bazarının məhdudluğu üzündən), sənətkarların şəhərlərə kütləvi axını baş verirdi.
Feodal şəhərlərinin təşəkkülündə təsərrüfat amilləri ilə yanaşı, sosial və siyasi proseslər də vajib idi: feodallaşma prosesi sürətləndikjə, dövlətin şəhərlərə ehtiyajı da (həm siyasi, həm maliyyə nöqteyi-nəzərindən) artırdı. Zəngin feodalların təmtəraqlı həyata, zinət əşyalarına, bahalı mallara tələbatı, artan zövqü sənət istehsalının və xariji tijarətin inkişafını sürətləndirirdi. Dövlət vergilərinin və rentanın artması kəndlilərin bazar əlaqələrini stimullaşdırırdı: kəndli yüksək vergiləri ödəmək üçün məhsulun nəinki artıq hissəsini, bəzən zəruri hissəsini də satmağa məjbur olurdu. Orta əsr şəhərlərində təşəkkül tapan əmtəə münasibətləri sənətkarlıqla yanaşı, kəndli təsərrüfatını da əmtəə-pul münasibətlərinə jəlb edir, daxili bazarın yaranmasına şərait yaradır, ayrı-ayrı vilayətlərin ixtisaslaşmasını sürətləndirirdi.
Deyilən bütün bu proseslər Avrasiyanın nəhəng məkanında feodal şəhərlərinin yaranmasının həllediji məqamlarıdır və onların ümumi qanunauyğunluqları da faktdır. Bununla yanaşı, şəhərlərin yaranma dövrü xeyli fərqlidir, bu da konkret-tarixi şəraitdən asılı olmuşdur. Orta əsrlərin ilk yüzillikləri Asiyada çox az sayda (əsasən tijarət yollarının üstündə və sahilboyu ərazilərdə) şəhər var idi. Qərbi Avropa isə bu dövrdə, demək olar ki, «şəhərsiz» idi: Bizansın quldar polisləri, Qərbi Roma imperiyasının xaraba qalmış şəhərləri (Milan, Florensiya, Neapol, Lion, Köln, London, York və b.) saxlansa da, daha çox inzibati mərkəz, qala-burq, ya da yepiskop iqamətgahı rolu oynayırdılar [26, s.244]. Konstantinopol və İtaliyanın, Jənubi Qalliyanın emporiyaları yalnız Şərq ölkələri ilə tijarət əlaqələri hesabına iri mərkəz kimi qalmışdılar. Erkən orta əsrlərdə şəhər quruluşu Avropa miqyasında ümumi və təkmil sistemə çevrilməmişdi.
Baxmayaraq ki, Şərqdə şəhərlər xronoloci baxımdan daha tez yaranır və daha erkən dövrdə feodal səjiyyəsi alır, amma feodal şəhərinin bütün təsisatlarının və atributlarının təkmil formalarının təşəkkülü prosesi çox uzun çəkir və həm Avropada, həm Asiyada bütün orta əsrlər boyu davam edir. Başqa sözlə desək, feodal şəhərinin tarixi təkamül səjiyyəsi daşımışdır. Şəhər, şəhərlilər orta əsr tijarətində və sənayesində aparıjı mövqe tutmuş, eyni zamanda jəmiyyətin bütün sahələrində böyük təsirə malik olub özlərində tərəqqi enercisini daşımışlar.
Yeni eranın əvvəllərinə doğru Avrasiyada nəzərdən keçirdiyimiz siyasi və sosial-iqtisadi təlatümlər fonunda təbii-joğrafi dəyişikliklər də gedirdi. İlk növbədə bu — iqlimin soyuması (II əsrdən V əsrədək soyuqlaşma maksimum həddinə çatır) və rütubətliliyin artması ilə bağlı idi. Müasir dövrün ekoloci problemlərində adətən elə müasir insanı günahlandırırlar; lakin planetimizin təbii-joğrafi fəlakətlərinin doğmasında bütün nəsillərin, o jümlədən antik insanların da günah payı var.
Nə qədər ki, insan yalnız fiziki mövjudluğu naminə mübarizə aparıb yaşayırdı, nə yolla olursa-olsun, sağ qalmağa çalışırdı, təbiətlə mübarizəsi də primitiv idi; lakin inkişafının elə bir mərhələsi gəlib çatdı ki, indi o, nəinki təkjə sağ qalmaq üçün, həm də daha yaxşı yaşayış və sərvət uğrunda savaşa qoşuldu. Təbiətin vəhşijəsinə istismarı da bundan sonra güjləndi. Qədim sivilizasiyalar — Şumer, Misir, Babil, yunan, Roma jəmiyyətləri üç qitənin sərvətlərindən yararlanmağa başladılar. Sivilizasiyalar hər dəfə yüksək mərhələsinə daxil olduqja, maddi nemətlərə, jah-jalala tələbat da artdı. Təbii ehtiyatların (torpaq, çaylar, göllər, faydalı qazıntılar və s.) və həmçinin insan ehtiyatlarının tükənməz olduğunu düşünən antik jəmiyyət onları vəhşijəsinə istismar edirdi. Nətijədə köhnə və yeni eranın hüdudunda müvəqqəti iqtisadi yüksəlişin ardınja, tezliklə təbii və insan ehtiyatlarının fiziki, mənəvi aşınması baş verdi, iqtisadi və sosial vəziyyətlə yanaşı, ekoloci durum da ağırlaşdı. Belə bir vəziyyət Qərbi Roma imperiyasının süqutunadək davam etdi.
V-VI əsrlərin hüdudunda vəziyyət dəyişdi: Qərbi Roma imperiyasının alman tayfaları tərəfindən ələ keçirilməsi ilə təmtəraq yenə arxa plana keçdi və avropalı fiziki mövjudluğu naminə yaşamağa başladı. Barbarlar natural təsərrüfatla məşğul olurdular; pula ehtiyajları yox idi; onların ərzaq, geyim, silah ehtiyajları da jüzi idi və elementar mübadilə ilə ödənilirdi. Hərbi qənimət, demək olar ki, xariji tijarəti tamamilə gərəksiz etmişdi. Avropada təsərrüfatın ekstensiv formaları üstünlük təşkil etməyə başlamışdı. İstehlak bazarının məhdudlaşması Asiyada da faydalı qazıntıların hasilatının azalmasına gətirib çıxardı. Bu, ekoloci və sosial durum üçün müsbət, beynəlxaq tijarət üçün isə, əks təsirə malik idi.
Lakin V-VII əsrlərdə Avropa-Asiya tijarət balansında böyük defisit yaranmasına baxmayaraq, dünyanın qədim dövrdən etibarən formalaşan xammal joğrafiyası xeyli sabit olmuşdur və bu bölmədə nəzərdən keçirəjəyimiz məlumatlar erkən orta əsrlərin sonrakı mərhələsi (VIII-IX əsrlər) üçün də əhəmiyyətlidir.
Orta əsr istehlakının mühüm maddələri içərisində öndə duranı, şübhəsiz, taxıl idi. Taxıl bitkiləri arasında buğda, əsasən, Ön Asiya əhalisinin qida rasionunda birinji yerdə dururdu. Baxmayaraq ki, Roma imperiyası işğal etdiyi bölgələrdə, o jümlədən Qalliya və İngiltərə ərazisində buğda əkinini yaymışdı, amma Avropada buğdanın arpanı, çovdarı və yulafı üstələməsi hələ baş verməmişdi: alman tayfalarının təsərrüfat həyatında böyük önəm verdikləri arpa və xüsusilə çovdar idi [41, s.265]. Hindistanda və Şərqi Asiya ölkələrində isə üstünlük düyüyə verilirdi [33, s.343]. Taxıl bitkiləri faktiki hər yerdə əkildiyi üçün, onların ixrajı geniş yayılmışdı. Hərçənd ki, romalıların çörəyə ehtiyajı nəhəng olmuşdur və imperiyanı taxılla təmin edən əsas ölkə Misir idi. Amma imperiya dağılandan sonra Avropranın «çörək idxalatçısı» rolu kəsildi; ajlıq illərini nəzərə almasaq, taxılın geniş miqyasda xariji ixrajatına IX-XI əsrlərədək rast gəlinmir.
Orta əsr insanının qida rasionunda önəmli yer tutan ikinji ərzaq — ət və süd məhsulları idi və Avrasiyada maldarlığın müxtəlif sahələri üzrə ixtisaslaşan bölgələri müşahidə etmək olar. Skandinaviyada, Yutlandiyada və Şimali (Aşağı) Almaniyada məskunlaşmış almanların əsas təsərrüfat sahəsi maldarlıq idi; bu bölgələrdə əsasən iri buynuzlu mal-qara və donuz yetişdirilirdi [26, s.65]. İri buynuzlu mal-qara saxlanması Mesopotamiyada və Qafqazda da yayılmışdı [33, s.362-363]. Şərqi və Jənub-Şərqi Asiya əhalisi ilə müqayisədə, ət və süd məhsulları Ön Asiyada daha geniş sərf olunurdu [33, s.343]. İslamadək Mesopotamiyada, eləjə də Ön Asiyanın digər bölgələrində mal ətinə və donuz ətinə üstünlük verilirdi [12, s.116; 5, s.112]. Mesopotamiyaya Hindistandan küllü miqdarda kəl gətirilməsi və artırılması Əməvilərin hakimiyyəti dövrünə təsadüf edir [33, s.362-363]. Sonralar ərəblərin kəli İtaliyaya və İspaniyaya yayması baş verir [33, s.363]. Pireney yarımadasında «köçmə otlaq» qoyunçuluğunun meydana çıxması da ərəblərin adına bağlanır [26, s.212-213]. Yeri gəlmişkən, qeyd edək ki, qoyunçuluğun Avropada sürətlə inkişafını, texnologiyanın və mütərəqqi ijtimai münasibətlərin aqrar sahəyə nüfuzunu doğuran başlıjı stimullardan biri də yun istehsalı olmuşdur.
Heyvandarlıq sahələri içərisində bütün orta əsrlər boyu ixrajatla sıx bağlı olanı isə — atçılıq idi. Jins atların Hindistandan Ərəbistana ixraj olunması, çox güman ki, hələ İslamdan əvvəl başlamışdı [12, s.145]. Ərəblərin təsərrüfatda dəvəyə üstünlük verməsinə baxmayaraq, onların başqa ölkərə at ixrajatında vasitəçi olması istisna deyil. Yük atları isə, əsasən, Çindən ixraj olunurdu [1, s.16].
Ərzaq məhsulları içərisində beynəlxalq tijarətdə malik olduğu satış miqyasına və qiymətinə görə öndə Şərq ədviyyatı dururdu. Erkən orta əsrlərdə ən çox dəyər verilən ədviyyat – istiot, darçın, mixək, zirə, zəfəran, hil, sarıkök idi. Roma imperiyasının mövjudluğu zamanı Avropaya nəhəng miqyasda ixraj olunan ədviyyatın əsas ixrajatçıları — Molukka adaları (sonralar avropalılar onu «Ədviyyat adaları» adlandırajaq), Hindistan, Çin, İran, Ərəbistan olmuşdur. Erkən orta əsrlərin başlanğıjında bu bahalı əmtəə əsas iri idxalatçısını — Qərbi Avropanı müvəqqəti itirsə də, ədviyyat tijarəti dayanmamışdı — sadaladığımız ölkələr ədviyyatın ixrajatçıları, Sasani imperiyası və Bizans isə onun sabit idxalatçıları olaraq qalırdı.
Meyvələr içərisində xariji tijarət üçün sərfəli olanı (meyvə tez xarab olduğu üçün, onları uzaq məsafələrə daşımaq gəlirli deyildi) — alma, xurma, zeytun, ləpəli meyvələr, nar, üzüm, ərik, heyva, şəkər qamışı sayıla bilər. Ən yaxşı alma Suriyadan [11, s.270], xurma — Mesopotamiyadan [3, s.149; 12, s.142], Kərmandan və Şimali Afrikadan [12, s.442, 469] ixraj olunurdu. Suriya və Şimali Afrika, həmçinin Aralıq dənizinin Avropa sahilləri (Yunanıstan, İtaliya, İspaniya) zeytunun əsas ixrajatçısı idi [12, s.174]. Ləpəli meyvələr, nar, heyva, sitrus meyvələri də ənənəvi ixrajatçılara və idxalatçılara malik idi. Narın əsas ixrajatçısı — Jurjan, Rey və Hulvan [1, s.16-17], ləpəli və sitrus meyvələrinin isə — Fes və Hindistan sayılırlı [12, s.181, 482; 11, s.366; 1, s.17].
Şərqin mətbəxi nə qədər zərif və zəngin idisə, geyim mədəniyyəti də eyni dərəjədə zövqlü, qədim ənənəsi, hətta məktəbi olan bir dəyər idi. Məşhur İsveç şərqşünası A.Mets yazır: «İnsanın üç əsas tələbat növü — qida, geyim və ev içərisndə Ön Asiya xalqları üçün ən mühümü geyim olmuşdur» [33, s.365]. Həqiqətən, erkən orta əsrlərdə hər hansı bir zəngin frankdan fərqli olaraq, Şərqli üçün zövqlə geyinmək məharəti zənginliyin mühüm göstərijilərindən idi. Bu səbəbdən, ipək emalı və ipək məmulatları istehsalı Çində, daha sonra Ön Asiyada yüksək dərəjəyə çatmışdı.
İpək haqqında Avropaya xəbər ilk dəfə Makedoniyalı İsgəndərin dövründə gəlib çatmışdı [39a, s.76], əmtəə kimi isə Roma bazarlarında o, yalnız e.ə. I əsrdə peyda olur [39a, s.76]. Eramızın II-III əsrlərində 1 funt ipək 150 min denariyə satılırdı! [38; 34, s.77]. Müasir ölçü ilə götürsək, 1 kq ipək 2 milyon dollar idi! İpəyin belə dəyərli əmtəə olması «barbarlar»a da məlum idi: 409-ju ildə Alarix Romanın mühasirəsini dayandırması müqabilində qızılla yanaşı, romalılardan ipək parçalar da tələb etmişdi [39a, s.76]; ipək hun və alman tayfalarının Roma ilə danışıqlarında ödənj vasitəsi kimi istifadə olunurdu [22, s.43]. Xammal şəklində ipək qeyd etdiyimiz dövrdə nadir hallarda ixraj olunurdu, ona görə də 552-ji ildə xristian missionerlərinin ipək istehsalı sirrini Bizansda yaymaları, Suriyada ipək sənayesinin inkişafı iqtisadi və tarixi baxımdan əhəmiyyəti böyük olan hadisə idi.
Faydalı qazıntılar, xüsusilə metal hasilatı xeyli geniş yayılmışdı və sonrakı əsrlərdə sənətkarlığın bu və ya gidər sahəsinin inkişafı, bölgələrin həmin sahələr üzrə ixtisaslaşması üçün əlverişli zəmin yaratmışdı. Dəmirin təsərrüfata fəal şəkildə nüfuzunu nəzərə alıb, V-VII əsrlərin əsas dəmir hasilatı mənbələrini qeyd etməyimiz vajibdir. Tasitin məlumatlarından fərqli olaraq, arxeoloci qazıntıların nətijələri göstərir ki, almanlar dəmirdən geniş istifadə etmişlər [26, s.66]. Hələ Roma imperiyası Elba boyundan dəmir idxal edirdi [24, s.4]. Sonrakı dövrdə Avropanın ən iri dəmir filizi mədənlərinin mərkəzi Sijiliya olur [33, s.353]. Müharibələrin doğurmuş olduğu ehtiyaj alman tayfalarının dəmir, qurğuşun və bürünj üçün Skandinaviya və İngiltərə sakinləri ilə mübadiləyə girməsinə təkan verir. Frank kralı I Daqobertin 628-ji il fərmanı ilə təsis olunan Sen-Deni yarmarkasında Şərq mallarının üstünlük təşkil etməsinə baxmayaraq, yarmarkada satılan mis Bretandan, qurğuşun və bürünj İngiltərədən, dəmir – Elbaboyu bölgələrdən və Sandinaviyadan gətirilirdi.
Avrasiyanın ən iri mis və dəmir filizi mədənləri Şərqdə daha geniş yayılmışdı: bu, Fars, Kərman, Fərqanə, Əfqanıstan idi [33, s.352-353]. Altay ərazisində aparılan arxeoloci qazıntılar VI-VII əsrlərin metallurgiyası haqqında ətraflı təsəvvür yaradır; yunan və Çin mənbələrinin də təsdiqlədiyi bu məlumatlardan görünür ki, Mərkəzi Asiyada dəmirin sənaye hasilatı birbaşa göytürklərlə bağlı olmuşdur. Dəmiri kütləvi şəkildə istifadəyə jəlb edən göytürklər metallurgiyanın inkişafı tarixində önəmli yer tuturlar [22, s.22, 28, 67].
Metalların qiyməti haqqında məlumatlarımız çox kasaddır və əsasən VII əsr üçündür. Həmin yüzillikdə Bizansda 25 funt mis 1 nomisma idi [19, s.206], yəni indiki vahidlərlə: 1 kq mis = təxminən 8 dollar. Qurğuşunun da qiyməti təxminən belə idi [19, s.207]. VIII əsrin əvvəlləri üçün olan məlumata görə, 1 kintar dəmir 2 2/3 dinara satılırdı [19, s.206], yəni 1 kq dəmir = təxminən 2 dollar. Fərqanədə hazırlanan dəmir silahlar çox məşhur idi [33, s.353]. Afrikadan ixraj olunan dəmirdən Hindistanda yüksək keyfiyyətli məmulatlar hazırlanırdı [33, s.353].
Nəjib metallara gəlinjə, artıq qeyd etmişdik ki, orta əsrlərin başlanğıjında Avropanın Asiya ilə tijarət balansının passiv olması üzündən, qızıl və gümüş böyük həjmdə (istər sikkə şəklində, istər məmulat halında) qərbdən şərqə axmışdı; bu metalların Avropa üçün hasil olunduğu yataqlarda (Aralıq dənizi sahili bölgələr) məlum ehtiyatlar isə tükənmişdi. Nəjib metalların tükənməsi üzündən, Roma sikkələrinin əyarı sürətlə aşağı düşmüşdü: Neronun dövründə (54-68-ji illər) gümüş sikkəyə qatılan liqaturun faizi 5-10 idisə, Septimiy Severin zamanında (193-211-ji illər) bu rəqəm 50-60 %-ə çatır [24, s.11]. Pul mübadiləsi kəsiləndən sonra, pul özü əmtəəyə çevrilir. Qərbi Avropada gümüş və qızıl mədənlərinin istismarı yalnız X-XI əsrlərdə bərpa olur [25, s.116-117].
Şərqi Roma imperatorları böhranın qarşısını almaq üçün zərgərlik işini və qiymətli metal ixrajını dövlət inhisarına salmışdılar (35, s.179). Lakin bu tədbirlər güjlü təsirə malik olmurdu. VI əsrin səyyahı Kuzma İndikoplavın tarixçilər arasında çox məşhur olan «Seylon tarixçəsi»ndən də göründüyü kimi, Bizansın qızılı Şərqə axmaqda davam edirdi. V.V.Bartoldun qeyd etdiyi kimi, «dünya tijarəti farsların əlində olsa da, bu tijarətin silahı İran deyil, Bizans qızılı idi» [15, s.217]. Xilafətin pul islahatınadək, VI-VII əsrlərdə Bizansın nomisması yeganə beynəlxalq valyuta rolu oynamışdı.
Bu dövrdə Bizans üçün qızılın əsas xammal mənbəyi Afrika idi: Asuan ilə Ayzab arasındakı bölgə qızıl mədənləri ilə məşhur idi, ikinji yerdə isə Sudan dururdu [13, s.334; 7, s.288]. Şərqin daha bir qızıl yatağı — Əfqanıstan mədənləri isə o dövrdə (hər halda XI əsrədək) hələ məlum deyildi [2, s.116].
Məşhur gümüş mədənləri İran və Əfqanıstanda olub IX əsrədək istismar edilmişdir [5, s.156; 7, s.269].
Zərgərlikdə istifadə olunan jəvahirat və qiymətli daşlar — ləl, yaqut, xrizolit, firuzə, əqiq və almaz idi. Ən yaxşı ləl — Oman ləli idi və o, Qulzum ləlindən daha yüksək qiymətləndirilirdi [1, s.11]. Ən qiymətli daş yaqut hesab olunurdu (9, surə 55, ayə 58) və əsas növləri qırmızı (rubin), sarı (topaz), bənövşəyi (ametist) və yaşıl yaqut (zümrüd) idi. Çəkisi yarım misqala çatan «bəhrmani» (tünd sarımtıl-çəhrayı rəngli) yaqutun qiyməti erkən Xilafətdə 5 min dinara qiymətləndirilirdi [1, s.12; 17, s.36], bu isə müasir vahidlərlə 2,34 q yaqutun təx. 300 min dollardan baha olması deməkdir! Yaqut əsasən Hindistandan və Seylondan ixraj olunurdu [1, s.15; 6, s.251]. Xrizolitlərin ən yaxşısı tünd yaşıl rəngdə olub, yarım misqalı 8 min qızıl misqala bərabər idi [1, s.12]. O, əsasən Kiçik Asiyada hasil olunurdu [6, s.252]. Əqiq daşının ən üstün olanı isə Yəmən əqiqi idi [1, s.13]. Firuzə Nişapurda, Xorasanda və Kərmanda hasil olunurdu [6, s.255; 33, s.353-354]. Fil sümüyü Şərqi Afrikadan gətirilirdi və ona böyük tələbat olduğundan, bir çox ölkələrə ixraj olunurdu [11, s.8].
Nəzərdən keçirdiyimiz xammal və onların əsas istehlak mərkəzlərinin qısa ijmalı feodal təsərrüfatının bir hissəsi olan sənət istehsalı və əmtəə mübadiləsinin inkişaf zəminini açıqlayır.
Orta əsr şəhərinin əsas funksiyaları — istehsal və mübadilə olduğu üçün, feodalizmin təşəkkülünün iqtisadi özəyində sənətkarlıq və tijarət mərkəzlərinin də xüsusi yeri var. Biz şəhərin əsas funksiyasının «izafi məhsulun toplanması və təqsimi mərkəzi» olduğunu artıq qeyd etmişdik: istehsal və mübadilə həmin prosesin iki ayrı-ayrı, lakin qarşılıqlı asılılığı olan tərəfləri idi. Baxmayaraq ki, feodal şəhərlərinin təşəkkülü bəzi bölgələrdə (Qərbi Avropada, Yaponiyada) uzun çəkmişdir, amma beynəlxalq tijarətdə əhəmiyyətli rol oynayan iri mərkəzlərin arealı əsasən V-VII əsrlərdə müəyyən olunmuşdu. Xüsusilə bu, «Böyük İpək Yolu» və «Ətir Yolu» nun üstündə duran məntəqələrə və faydalı qazıntılarla zəngin bölgələrə aiddir.
V-VII əsrlərdə Asiyanın ümumi iqtisadi yüksəlişi fonunda şəhər həyatının janlanması, şübhəsiz, qədim dövrlə əlaqəsi olmayan, artıq feodal səjiyyəsi alan əmtəə istehsalı və mübadiləsinin inkişafı ilə bağlı prosesin nətijəsi idi. Dəniz və karvan yollarının üzərində, sıx məskunlaşmış aqrar rayonlarda, məbədlərin ətrafında yeni şəhər tipli məskənlərin meydana gəlməsi bu dövrdə sürətlənir; onların bir çoxu sənətkarlıq və tijarət mərkəzlərinə çevrilirdi. Şəhər istehsalı əsasən sarayın ehtiyajlarını ödəməyə və xariji tijarətə xidmət edirdi; ona görə də Asiya istehsalının böyük bir hissəsini zinət əşyaları və bahalı mallar təşkil edirdi. Bizansın qızıl, Sasanilərin gümüş pul sistemi beynəlxalq tijarətin hərəkətveriji vasitələri idi. Xariji tijarət əlaqələrinin genişlənməsi onun bəzi yeni elementlərini — kredit işi, tijarət faktoriyaları, tijarət birlikləri kimi hadisələri doğururdu. Tijarət əlaqələri Avrasiyada məskunlaşmış xalqların mədəni və siyasi mübadiləsini də sürətləndirirdi.
«Böyük İpək Yolu»nun üstündə duran Çin şəhərlərinin əksəryyəti (Çan-an, Lançyou, Tunqu-an, Dunxu-an) ipək istehsalı ilə məşğul idi. Bu dövrdə palıd ağajının yarpaqları ilə yemlənən sürfələrdən istifadə olunması [27, s.69] keyfiyyətli ipək toxunması işini sürətləndirir. Ən yaxşı ipək isə, Avropaya yalnız VIII əsrdə məlum olan və «morus alba» adlandırılan tut ağajının yarpaqları ilə yemlənən baramalardan alınırdı [39a, s.87].
İpək sənayesinin inkişafı, ipəyin xariji bazarda geniş istehlakı «Böyük İpək Yolu»nun Çindən kənarda olan məntəqələri üçün də iqtisadi yüksəlişə şərait yaradırdı. İlk növbədə bu — Turfan, Qaşqar, Yarkənd, Mərv, Nişapur, Nisə, Rey, Həmədan şəhərləri idi. «Böyük İpək Yolu»nun dəniz yolları istiqamətində isə Quançjou, Syuançjou, Xançjou kimi Çin şəhərlərinin və Hind okeanı və İran körfəzinin Madura, Kalikut, Suratxa, Məsqət, Bəsrə kimi limanlarının iqtisadi inkişafı baş verirdi. Xammal — ipəyin böyük bir hissəsi isə, Sasani xariji siyasətinin nətijəsi olaraq, İran şəhərlərində toplanır və hazır ipək məmulatları baha qiymətə satıldığı üçün, Rey, Həmədan, Ktesifon, Veh-Ərdəşir (Selevkiya) kimi ipəkçilik mərkəzlərinin beynəlxalq əhəmiyyət kəsb etməsinə təkan verirdi.
553-jü ildən başlayaraq Konstantinopolda, Beyrutda, Tirdə, Antioxiyada və Dəməşqdə ipək toxujuluğu müəssisələrinin açılması Bizansın öz ipək sənayesinin yaranmasına yol açır (22, s.48; 36, s.204-206). Ümumilikdə isə, V-VII əsrlərdə ipəkaçma işi daha çox Mərvdə və Təbəristanda, ipək toxujuluğu isə Xuzistanda jəmlənmişdi [33, s.368-369]. Lakin Sasanilərin ipək istehsalı və tijarətini uzun müddət inhisarda saxlaması bu işin nəinki Bizansda inkişafına imkan vermirdi, həm də İranın özündə və eləjə də Soqdiana şəhərlərində onun texnoloci baxımdan yenilənməsinə mane olurdu. Bir tərəfdən, İran əhalisinin alıjılıq qabiliyyəti aşağı olduğundan, digər tərəfdən, Bizansı daim ipək «asılılığı»nda saxlamaq üçün, Sasanilər Çindən çox az miqdarda ipək alırdılar və üzərinə yüksək qiymət qoyurdular; bu halda əmtəə dövriyyəsi aşağı düşürdü və Çinin, Göytürk xaqanlığının, Soqdiananın ümumi iqtisadi durumuna neqativ təsir göstərirdi. L.N.Qumilyov qeyd edir ki, «qadağalar və tijarətin sıxışdırılması dünya tajirlərində Sasanilərə qarşı nifrət yaratmışdı» [22, s.185, qeyd 40]. 607-ji ildə Suy imperatorunun fərmanı ilə çinlilərin türklərlə birbaşa tijarətinin qadağan olunması isə Göytürk xaqanlığının jənub şəhərlərinin tijarət əhəmiyyətini aşağı salmışdı [22, s.165].
Karvan yollarındakı Sasani inhisarı ilə yanaşı, Tarim çökəkliyi bölgəsində qeyri-sabit hərbi-siyasi durum, Çindəki daxili çəkişmələr «Böyük İpək Yolu»nun bəzi illərdə yalnız dəniz istiqamətinin saxlanması ilə nətijələnirdi. Ədən, Səna, Taif, Jiddə, Məkkə, Yəsrib kimi şəhərlər «İpək Yolu»nun Hind okeanından Qırmızı dənizə yönələn istiqamətləri üzərində yerləşmələri sayəsində tranzit tijarətin mühüm məntələqələrindən idilər. Bu şəhərlərin iqtisadi yüksəlişində və beynəlxalq tijarət əhəmiyyəti kəsb etməsində «Ətir Yolu»nun fəaliyyəti də böyük rol oynayırdı. Yəmənin vasitəsilə Hind okeanı vilayətlərini Aralıq dənizi bölgəsi ilə əlaqələndirən «Ətir Yolu» çox gəlirli idi: hind ədviyyatı, fil sümüyü, boyaq maddələri, Yəmən büxuru, qətran bu yolla Bizansa daşınırdı. Ən yaxşı rayihələr Yəməndə və Hadramautda istehsal olunurdu [16, s.63]. Ətir və rayihələrin hazırlanmasında istifadə olunan əsas xammal – aloye, səndəl ağajı, «dəm əl-əxvin» idi. Ən yaxşı aloye – Məndəl aloyesi sayılırdı [1, s.13], çünki onun təsiri güjlü olub ətri paltarda bir həftədən artıq qalırdı [1, s.423]. Ən yaxşı müşk duru və ətirli Tibet müşkü idi: onu bəzi jütdırnaqlı məməli heyvanların (kabarqa, küz, qunduz) erkəklərinin vəzilərindən alırdılar [1, s.23, qeyd 36; 17, s.90]. Müşkün əsas xassəsi ətriyyatı sabitləşdirməsi idi. Bitki mənşəli müşkü «dəm əl-əxvin»dən alırdılar. İbn Baytar yazır ki, bu, «yapışqan ifraz edən ağajdır» [4, s.72]; bəziləri onun qətran, bəziləri isə səndəl ağajı olduğunu iddia edirlər [17, s.73; 10, s.317, qeyd 3]. Suriya dilində bu ağaj «dema datenina», yunan dilində δτμα τιταυωυ kimi səslənir [17, s.37; s.424, qeyd 28].
«Ətir Yolu»nun nəhəng miqyaslı tijarət hadisəsi olduğunu onun ən mühüm məntəqələrindən olan Taif və Məkkənin iqtisadi durumu da sübut edir. Məsələn, ət-Təbərinin yazdığına görə, Məkkənin bir tijarət karvanı 2500 dəvədən ibarət idi [8, s.1271]. Məkkəlilərin qışda təşkil etdikləri tijarət ekspedisiyası (rihlə) Yəmənə, yay ekspedisiyası isə şimala — Fələstinə, Suriyaya, İraqa, bəzən Misirə göndərilirdi [16, s.97]. Belə ekspedisiyalarla daşınan malın ümumi dəyəri orta hesabla 50 min qızıl misqal olurdu [16, s.98; 27, s.124] (təx. 3,5 milyon dollara yaxın!). Məkkəlilərin tijarətdən və müxtəlif sələmçilik əməliyyatlarından (İslama qədər) götürdükləri gəlir isə 50-400 % arasında olurdu! Taif də Məkkə ilə və həmçinin, «Ətir Yolu» ilə sıx bağlı mərkəz olduğundan, bəzən onların ikisini «Məkkətəni» («İki Məkkə») adlandırırdılar [16, s.100].
Məlumdur ki, tarixdə xariji amil, daxili amilə nisbətən daha tez təsir edir; tijarətin tarixində də belə olmuşdur. Erkən orta əsrlərin artıq başlanğıjında Şərq şəhərlərinin sənətkarlıq və tijarət mərkəzləri kimi sürətli inkişafında, şübhəsiz, «Böyük İpək Yolu»nun və «Ətir Yolu»nun nəhəng rolu olmuşdur. Avropa şəhərləri Levant bazarlarına çıxana qədər, beynəlxalq tijarətdə, demək olar ki, fəaliyyət göstərmirdi. Ona görə də Avropada natural təsərrüfatdan əmtəə təsərrüfatına keçid xeyli gej getmişdir; şəhər həyatının janlanması isə xariji aləmlə, dəqiq desək, Şərqlə birbaşa əlaqəsi olan İtaliyada baş vermişdir.
Demək olmaz ki, V-VII əsrlərdə Qərbi Avropada heç bir mübadilə və istehsal yox idi; lakin bu iki hadisə beynəlxalq səjiyyə almamışdı. Buna baxmayaraq, Avropa natural təsərrüfatı yaşayıb, istər-istəməz, xariji təsirin köməyilə və ya onsuz, əmtəə təsərrüfatına doğru gedirdi. Avropa şəhərlərinin feodal xarakteri alması XI-XII əsrlərə aid edilsə də, Şərqi Roma imperiyasının Konstantinopol, Fessalonika, Nikeya, Efes və Trapezund kimi şəhərləri (Bizans — şəhərlər ölkəsi olaraq qalırdı), Balkanlarla əlaqədə olan italyan şəhərləri (Venesiya, Ravenna, Amalfi) həm sarayın və əyanların tələbatı, ordu və donanmanın silah və sursat sifarişi, həm də Şərq ölkələrinin bəzi mallara olan ehtiyajı (duz, mum, bal, mahud, qul) səbəbindən, bu dövrün mübadiləsində iştirak edirdi. Mübadilədə əsasən yunan, yəhudi, erməni tajirləri vasitəçi idilər. Asiyadan olan bu tajirlərin Marseldə, Narbonnada, Bordoda, Turda, Orleanda və Parisdə (yəni, əsasən sahilboyu şəhərlərdə) ijmaları mövjud idi [24, s.19-21]. Hələ Roma imperiyasının süqutundan əvvəl onun qərb əyalətlərində peyda olan yəhudilər Avropanın sonrakı qarışıqlıq dövründə böyük rol oynamağa başlayır: çünki ümumi xaosda məhz onlar həmrəyliyi qoruyub saxlaya bilmişdilər. Böyük kapitalı və nəhəng işçi enerjisi olan yəhudilər Avropa üçün zəngin Asiyada yeganə nümayəndə idilər; bəzi tarixçilər hesab edir ki, məhz yəhudilərin sayəsində Avropanın xariji tijarəti bu dövrdə tam qapanmaqdan qurtulur [24, s.21].
V-VII əsrlərdə Avropada hətta daimi bazarlar da qalmışdı: 628-ji ildə Merovey kralı I Daqobert Paris yaxınlığında Sen-Deni monastırına hər il bir ay müddətində davam edəjək yarmarka təşkil etmək və ondan gəlir götürmək hüququ vermişdi [24, s.21-26]. Mənbələrin məlumatına görə, Şərq ölkələrindən bu yarmarkaya ədviyyat, ipək, daş-qaş gətirildi. Sen-Deni yarmarkasında yerli (Avropa) mallar da satılırdı: Jənubi Fransadan şərab və zeytun yağı, Bretandan mis və mum, Neystriyadan kətan və marena, İspaniyadan (hələ müsəlman hakimiyyətinə keçməmişdi) və İngiltərədən metal, Şimal dənizi sahillərindən xəz və mahud gətirilirdi [24, s.22]. Orta əsr salmanəçisinin bu məlumatları, şübhəsiz, şişirdilmişdir və belə təsəvvür yarada bilər ki, VII əsrin əvvəllərində Avropa tijarəti çiçəklənmə dövrünə daxil olmuşdu. Sonrakı hadisələr təəssüf ki, bunun tam əksini göstərir: Daqobertin ölümündən sonra Sen-Deni yarmarkası tamamilə yararsız vəziyyətə düşür və xariji tijarət kəskin şəkildə ixtisar olur [24, s.23]. Bu fakt göstərir ki, frank kralının tədbirləri ijbari olmuş və Avropanın daxili imkanları ilə deyil, süni fəaliyyətlə yaradılmışdı. İtalyan emporiyalarına gəlinjə, onların erkən orta tijarətində iştirakı Şərq ölkələrinə yaxınlıq dərəjəsi ilə müəyyən olunurdu; hətta onların da əsl yüksəlişi yalnız X-XI əsrlərdə baş verir.
Məqalənin əvvəlində qeyd olunduğu kimi, orta əsr şəhərlərinin sənətkarlıq mərkəzləri kimi təşəkkülündə joğrafi amil, dəqiq desək, yaşayış məskəninin bu və ya digər faydalı qazıntı mənbəyinə yaxınlığı da əhəmiyyətli idi. Həm də bu, həmin şəhərlərin yalnız xammal ixraj edən məntəqə deyil, xammaldan yararlanıb yerli istehsalı inkişaf etdirən sənətkarlıq mərkəzlərinə çevrilməsi üçün vajib idi. Tijarət isə, öz növbəsində, sənətkarlığın keyfiyyətjə və kəmiyyətjə inkişafına təkan verirdi. Həqiqətən, Avrasiyanın bir çox sənaye mərkəzinin inkişafında bu amili indi də görmək olar. Danışdığımız erkən dövr üçün isə həmin mərkəzlərin ümumi konturları jızılırdı, sonrakı sənaye ixtisaslaşması üçün özül qoyulurdu. V-VIII əsrlərdə ixtisaslaşmaya meylli sənaye sahələri içərisində metallurgiyanı inamla qeyd etmək olar, bu da müharibə amilinin erkən orta əsr jəmiyyətində oynadığı danılmaz rolu və aqrar sahənin inkişafının əmək alətlərindən böyük asılılığı ilə bağlı idi.
Məqalənin əvvəlində Avrasiyanın xammal mənbələrinin ijmalında biz əsas filiz mədənlərinin joğrafiyasına nəzər yetirdik. Bu mədənlərə yaxın yaşayış məskənlərinin müəyyən bir hissəsinin silahsazlıq mərkəzləri kimi yüksəlişi qaçılmaz idi. Mərkəzi Asiyada ən yaxşı silahsazlar türklər sayılırdı. Altayın zəngin dəmir filizi mədənlərini istismar edən göytürklər dəmiri birbaşa filizdən alırdılar: dəmirin öz oksidinin karbon oksidi ilə kimyəvi birləşməsi yolu ilə bərpa edilməsi məsaməli metal kütləsini əmələ gətirirdi; belə dəmirin keyfiyyəti domna üsulu ilə alınan dəmirdən daha yüksək sayılır [22, s.66; 30, s.515]. Yüksək keyfiyyətli dəmirdən göytürk sənətkarları təkdilli bıçaq, kərki-balta, üzəngi, dəhnə (yüyən ağızlığı), qılınj, ox ujluğu, həmçinin asılqanlı və ayaqlı qazanlar düzəldirdilər [22, s.66; 30, s.516-522]. Bu məmulatların əsas istehlakçısı — çinlilər idi [18, s.228].
Avropanın mədən sənayesi V-VIII əsrlərdə əsasən İngiltərədən gətirilən qurğuşun (Kornuel və Devonşir mədənləri), Reyn və Elbaboyu bölgələrin dəmir, Bretanın mis ehtiyatlarına bağlı idi və Asiyada olduğu kimi, əsasən silah hazırlanmasına yönəlmişdi. Metal məmulatlar bu dövrdə xariji tijarət üçün nəzərdə tutulmasa da, sonrakı yüzilliklərdə — beynəlxalq tijarətin genişlənməsi şəraitində Avropa ixrajatının mühüm maddələrinə çevrilməsi üçün istehsal ənənələri qoyulurdu.
Erkən orta əsrlərdə Avropada natural təsərrüfatın hökmranlığı və istehsalın çox aşağı səviyyəsi şəraitində beynəlxalq tijarət üçün nisbətən perspektivli ola biləjək sahə — yun istehsalı sayıla bilər. Belə ki, əhalinin sayı artdıqja, əkinə yararlı sahələrə ehtiyaj yaranırdı və bu üzdən, Avropada otlaqlar kəskin şəkildə azalmağa başlayırdı; qidalanmaq isti geyim haqqında qayğıları ikinji plana keçmişdi. Avropa kəndlisinin özü üçün yun paltar hazırlamaq imkanı indii məhdudlaşdığından, onu yalnız bazardan almağa məjbur idi. A.K.Jivileqov bu amilin Avropa yun sənayesinin inkişafında həllediji rol oynadığını vurğulayır [24, s.25]. Hələ Roma hakimiyyəti dövründə keltlər imperiyanın yun ehtiyajlarını ödəyirdi; III-IV əsrlərdə bu sənət franklara və frizlərə keçir və V-VI əsrlərdə hətta ixrajata da jəlb olunur. Doğrudur, Niderlandın, İngiltərənin və İspaniyanın nəhəng ixrajatlı yun istehsalı mərkəzləri haqqında danışmaq bu dövr üçün çox tezdir. Amma flamandların və frizlərin yun istehsalı işini (o jümlədən yunun boyanmasını) ustalıqla inkişaf etdirməsi bu dövrdən başlayır. Sonralar — XIII-XIV əsrlərdə bu istehsala əsaslanaraq Niderland torpaqlarını Fransanın daxili rayonları, Burqundiya, Orta və Jənubi Almaniya ilə əlaqələndirən Şelda, Maas, Reyn çayları boyunja iki beynəlxalq tijarət bölgələri və «kəsişmələr»i yaranır.
Feodal təsərrüfatı yenijə qurmağa başlayan V-VII əsr jəmiyyətinin tələbat və zövq dərəjəsi hələ xeyli aşağı olduğundan, sənətkarlıq sahələri də kasad idi. Təmtəraqlı və zövqlü həyatı bilən Şərqin özündə də bu sahələr genişlənə bilmirdi, çünki əhalinin alıjılıq qabiliyyəti hələ yüksək deyildi. Amma müvəqqəti səjiyyə daşıyan bu hal beynəlxalq tijarətin əsas maddələri — əmtəə bazarı və tijarət yolları uğrunda mübarizəni səngitmirdi. İqtisadi və bununla əlaqədər həm də siyasi əhəmiyyət kəsb edən karvan və dəniz yolları uğrunda erkən orta əsrlərin ən iri imperiyaları — Bizans və Sasanilər qəddar mübarizəyə qoşularaq «Günəş altında daha çox yer» qazanmağa çalışırdılar. Bu yolların üstündə yerləşən sənətkarlıq və tijarət mərkəzləri bəzən bu mübarizədən uduzsa da, yeni istehsal sahələrinin yaranmasına həmin hadisələr mane ola bilməzdi.
MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT
- Əbu Osman Amr bin Bəhr əl-Jahiz əl-Bəsri. Kitab təbassur bi-t-tijəra. Ərəb dilindən tərjümə, qeyd və şərhlər Y.H.Gözəlovanındır. B.,1999.
- ۱ﺑﻦ۱ﻻﺛﻴﺮ. ۱ﻟﻜﺎﻣﻞ ﻓﻲ۱ﻟﺘﺎﺭﻳﺦ. ۱ﻟﻘﺎﻫﺮﺓ, ١٣٤٨ﺝ . ٩ .
- ١ﺑﻦ ﺣﻮﻗﻞ. ﻛﺘﺎﺏ ﺻﻮﺭﺓ ١ﻠﻌﺮﺽ. ﻟﻴﺪﻥ ,١٩٦٧.
- ١ﺑﻦ ﺑﻴﻄﺎﺭ. ﻛﺘﺎﺏ ١ﻠﺭﺣﻠﺔ. ﺑﺎﺭﻳﺲ ,١٨٧٧. ﺝ١.
- ﺍﺑﻦ ﺭﺳﻄﻪ. ﻛﺘﺎﺐ ﺍﻻﻋﻻﻖ ﺍﻟﻨﻔﻴﺴﺔ. ﻟﻴﺪﻥ ,١٩٦٧.
- ﺍﻟﻔﻘﻴﻪ. ﻛﺘﺎﺏ ﺍﻟﺒﻠﺪﺍﻥ. ﻟﻴﺪﻥ ,١٩٦٧. ﺍﺑﻦ
- ﺍﻹﺻﻄﺨﺮﻲ. ﻛﺘﺎﺐ ﻣﺴﺎﻟﻴﻚ ﺍﻟﻤﻤﺎﻟﻴﻚ. ﻟﻴﺪﻥ ,١٩٦٧.
- ﺍﻟﻄﺒﺮﻲ. ﻛﺘﺎﺏ ﺍﻟﺮﺳﻞ ﻭ ﺍﻟﻤﻠﻮﻚ. ﻟﻴﺪﻥ, ١٨٧٩, ﺝ١.
- . ﺍﻟﻜﺮﻳﻢ ﺍﻟﻘﺮﺍﻥ (истянилян няшри)
- ﺍﻟﻜﻨﺪﻲ. ﻛﺘﺎﺏ ﻛﻤﻴﺎء ﺍﻟﻌﻄﺮ. ﻟﻴﻴﺒﺴﻴﻖ,١٩٤٨.
- ﺍﻟﻤﺴﻌﻮﺩﻲ. ﻣﺮﻭﺝ ﺍﻟﺬﻫﺐ ﻭ ﻣﻌﺎﺪﻥ ﺍﻟﺠﻮﻫﺮ. ﺑﻮﻻﻕ, ١٢٧٠.
- ﺍﻟﻤﻗﺪﺳﻲ. ﺍﺣﺴﻦ ﺍﻟﺘﻘﺎﺳﻴﻢ ﻓﻲ ﻣﻌﺮﻓﺔ ﺍﻻﻗﺎﻟﻴﻢ . ﻟﻴﺪﻥ ,١٩٦٧.
- ﺍﻟﻴﻌﻘﻮﺑﻲ . ﻛﺘﺎﺏ ﺍﻟﺒﻠﺪﺍﻥ. ﻟﻴﺪﻥ ,١٩٦٧.
- ﺍﻟﺤﻤﻮﻲ. ﻛﺘﺎﺏ ﻣﻌﺠﻢ ﺍﻟﺒﻠﺪﺍﻥ. ﻃﻬﺮﺍﻥ, ١٩٦٥,ﺝ. ٤.
- Бартольд В.В. Мусульманский мир. – Сочинения. Т. 6. М.,1966.
- Беляев Е.А. Арабы, ислам и арабский халифат в раннее средневековье. М,1965.
- Ал-Бируни. Минерология. Перевод А.М.Беленицкого. М.,1957.
- Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Т.1, М.-Л.,1950.
- Большаков О.Г. Средневековый город Ближнего Востока. М.,1984.
- Брагинский И.С. 12 миниатюр. От Рудаки до Джами. М.,1976.
- Варга Е.С. Очерки по проблемам политэкономии капитализма. М.,1965. Гуревич А.Я. Проблемы генезиса феодализма в Западной Европе. М.,1970.
- Гумилев Л.Н. Древние тюрки. М.,1967.
- Дживелегов А.К. Торговля на Западе в средние века. СПб., 1904.
- Зомбарт В. Современный капитализм. Т.1, М.-Л.,1931.
- История средних веков. В 2 т. / Под ред. С.П.Карпова. Т.1. 2-е изд. М.,2001.
- История стран зарубежной Азии в средние века. М.,1970.
- История древнего Рима. / Под ред. В.И.Кузищина. М.,1981.
- Качановский Ю.В. Рабовладение, феодализм или азиатский способ производства. М.,1971.
- Киселев С.В. История Южной Сибири. М.,1951.
- Конрад Н.И. Запад и Восток. Статьи. М.,1972.
- Кулишер И.М. Лекции по истории экономического быта Западной Европы. Петроград, 1916. Петров А.М. Азиатско-европейский торговый баланс на рубеже нашей эры. – Народы Азии и Африки, 1976. № 4.
- Мец А. Мусульманский Ренессанс. М.,1973.
- Петров А.М. Азиатско-западноевропейский торговый баланс в средние века. – Ближний и Средний Восток. Товарно-денежные отношения при феодализма. М.. 1980.
- Пигулевская Н.В. Византийская дипломатия и торговля шелком. – Византийский временник, т.1(26). М.-Л.,1947.
- Стоклицкая-Терешкович В.В. Основные проблемы истории средневекового города X-XV вв. М.,1960.
- Указ Диоклетиана о таксах. Под ред. С.И.Архангельского. Нижний-Новгород, 1928.
- Успенский А. История Византийской империи. Т.1. СПб.,1913.
39а. Хенниг Р. Неведомые земли. Т.2. М.,1962.
- Хинц В. Мусульманские меры и веса с переводом в метрическую систему. М.,1970.
- Хрестоматия по истории средних веков. /Под ред. С.Д.Сказкина. Т.1. Раннее средневековье. М.,1961.
- Ястребицкая А.Л. Основные проблемы ранней истории средневекового города в освещении современной западной медиевистики. – Средние века, 1980, вып. 43.
ТРУДЫ
ИНСТИТУТА ИСТОРИИ НАН АЗЕРБАЙДЖАНА
2007, том 21