|

Araz su anbarının 2020-ci il üçün iş rejimi, Azərbaycan-İran arasında su bölgüsü müəyyənləşdirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov APA-ya bildirib ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 49-cu görüşü Covid-19 karonavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və “Azərenerji” ASC-nin nümayəndəsi Əli Yusifov iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının 2020-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib. Görüşdə Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlərə baxılıb.

https://apa.az/az/sosial_xeberler/Araz-su-anbarinin-2020-ci-il-ucun-is-rejimi-Azrbaycan-Iran-arasinda-su-bolgusu-muyynlsdirilib-593545

Leave a Reply