|

Qədim Cavad eli

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Adıgözəl Məmmədov

Azərbaycan Yazıçılar Birliyinin  üzvü

Prezident mükafatçısı

Azərbaycanımızın dilbər güşələrindən olan Şirvanın,  xüsusən aran ərazisi  mülayim  qışı,coğrafi şəraiti tarixən  imperiyaların diqqətini cəlb etmiş,nəticədə böyük hərbi yürüşlərin qışlağına və eyni zamandada qanlı döyüşlər meydanına çevrilmişdir.Tarixi mənbələrə söykənərək hələ eramızın 3-cü əsrində Şirvan  ərazisində qanlı döyüşlərin baş verməsi barədə məlumat keçir. Fəzlullah Rəşid-Ət-Din  “Oğuznamə” əsəsrində Oğuzun Şirvan  ərazisinə səfərindən bəhs edərək yazır:” Yayda Oguz-Şirvan sərhədlərindən hərəkət edərək düzən Şirvana çatdı. Amma hava isti olduğundan burada dayanmaq mümkün olmadı. Ona görə də belə qərara gəlindi ki,  yaylağa qalxsın, qışda enib bu vilayəti işğal etsin. Qışda Şirvanı  tam fəth  edən Oğuz Xan Cavada Adil Ağa Bəyazidin qoşunu ilə daxıl olur.Şİrvan torpaqlarında Huşəng qardaşlarından biri olan Sultan Əhmədin də gözü vardı. O da öz ordusunu toplayaraq   Şirvana yön almışdı. Araz çayının qırağında düşərgə salan Sultan Əhməd Adil Ağa Bəyazidlə danışıqlara başladı.Danışığa görə Sultan Əhməd öz ordusunu Şirvana  girməsinin  razılığını aldı Beləliklə də, Huşəng qardaşlar arasında barışıq bağlandı..Bu barışığa görə bütün Muğan eli və Arran ərazisi Şirvan ərazisinə daxil edilərək Sultan Əhmədin ixtiyarına verildi”.

9-cu əsrdə Ərəb Xilafətinimn zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövlətlər meydana gəlir. Sacilər, Salarilər, Şəddadilər,Rəvvadilər, Kəsranilər kimi nisbətən iri dövlətlərlə yanaş,ı Naxçıvan şahlıq və  Muğan şahlıq kimi kiçik və zəif feodal dövlətləri də yaranır. Bu barədə məlumatlara 9-cu əsr ərəb mənbələrində- İbn Xorddat Behin “Ölkələr və yollar”əsərində  rast gəlinir.

11-ci əsrin 60-cı illərində Ərəb mənşəli  Şeybani qəbiləsinə mənsub olan Heysəm İbn Xalid özünü Şirvanın müstəqil hakimi elan etdi və mərkəzi hökumətlə əlaqəni kəsdi. 500 ildən artığ müstəqil movcud olan Şirvanşahlar dövləti 16-cı əsrdə Səfəvilər dövlətlərinin tərkibinə daxil olur.16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi dövlətinin yaranması böyük sosial-iqtisadi irəliləyişə səbəb olur. Məhz həmin dövrdə Şirvanın siyasi – ictimai ürfaniyyət mərkəzi Cavad şəhəri seçilir.Ticarət yolunda olan bu şəhərin önəmini Cavadın bəylərbəyi Abdulla Xan Ustaclı çox gözəl başa düşür və  ingilislərlə ipək ticarəti ilə məşul olmaq üçün Moskva kompaniyasının nümayəndəliyi təşkil edir. Abdulla Xan Ustaclıənın  qonağı olmuş Moskva kompaniyasının agenti A.Cenkinson Cavad şəhərini Kürlə Arazın birləşdiyi yerdə salınmış,  bənzəri olmayan mirvari bir məkan adlandırır.

O,Abdulla Xan Ustaclının müxtəlif meyvə ağacları ilə dolu bağından və şərq memarlığının incisi saydığı Cavad malikanələrindən əhatəli yazır. Əcnəbi qonağı nahar yeməyinin çeşidi heyrətləndirmiş, о hətta yeməklərin sayını hesablamağı qərara almışdı. A.Cenkinson yazır: «Nahar vaxtı gəlib çatdıqda döşəməyə süfrələr salındı və müxtəlif yeməklər gətirildi, yeməklər çeşidinə görə sıra ilə düzülmüşdü. Mən apardığım sayıma görə 140 növ yemək verilmişdi. Onları süfrə ilə yığışdırdıqdan sonra yeni süfrələr salınıb meyvələrdən başqa qonaqlıq yeməklərindən ibarət 150 növ bulud gətirdilər, beləliklə, iki dəfəyə 290 yemək növü verilmişdi».

Abdulla xan hicri 956 (15491550)-cı ildə Cavad (Şirvan) bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566-1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək «Şirvan kralı» adlandırması təsadüfi deyildi.Təsadüfü deyil ki, Səfəvi Şahı birinci Təhmasib Abdulla Xan Ustaclıya  daha çox etibar edərək Əmir Əl-Üməra (Əmirlər əmiri) vəzifəsini ona həvalə etmişdi.Əmir Əl—Üməra vəzifəsini daşıyan şəxs eyni zamanda səfəvi qoşununun hərbi baş komandanı sayılırdı. Hətta o dövrdə yəni 1555-ci ildə Osmanlı Türkiyəsi ilə bağlanmış sülhün daimiliyinə inanmayan Şah birinci Təhmasib Rusiya ilə yaxınlaşmağa başlayır. 1563-cü il oktyabr ayında ingilislər Tomas Olkok, Corc Renn və Riçard Çini Abdulla Xan Ustaclının dəvəti ilə Cavad şəhərinə gəldilər. Bu səfərlər bir neçə dəfə təşkil olunur və nəticədə 1568-ci ildə ingilislərlə ipək ixracı ilə bağlı əlverişli müqavilə imzalanır. Bunun nəticəsində səfəvi ordusunun silahlanması üçün çoxsaylı top və hərbi sursat Avropadan gətirildi. Abdulla Xan Ustaclının bu fəaliyyəti və Şah birinci Təhmasib qarşısında xidmətləri artıq Cavad xanlığının siyasi vahid kimi formalaşmasında mühüm rol oynadı.

Ümumiyyətlə, Ustaclı nəslinin nümayəndələri səfəvi hökumdarlarının yaxın ətraflarında olmuş müəyyən zamanlarda isə faktiki olaraq dövləti idarə etməkdə, səfəvi hökumdarlarına məsləhət və istiqamətlər vermişlər. Abdulla xan 1562-ci ildə rus çarı IV İvanın yanına elçi göndərmişdi.Abdulla xan Şirvanşahlar soyundan olan Qasım mirzəni məğlub etmişdi. Qasım mirzə qaçıb Tabasaranda gizlənmişdi.

Abdulla xan Şah İsmayıl Səfəvinin qızı evlənmişdi. Həmzə xan, Şahəli mirzə, Xanməhəmməd bəy adlı oğulları vardı.

Sonralar Osmanlı İmperatorluğiunun ərazisinə daxil olan Cavad torpaqları 1727-ci ildə Rusiya, Osmanlı imperiyası ilə  Şamaxı yaxınlığındakı Nabur kəndində bağladığı müqaviləsinə əsasən Rusiyanın hakimiyyəti altına keçir. Rus akademiki P.Q.Butkov

tərəfindən verilən məlumat son dərəcə maraqlıdır. O yazır ki, Cavad torpaqları Kürün sahilində ,Arazın Kürə töküldüyü yerin yaxınlığında yerləşir. Bu vilayətin bol taxılı,mal-qarası, çoxlu tutu bağı və böyük ipəkçilik emalatxanaları var. 1735-ci il martın 10-da Rusiya ilə İran arasdında müqaviləyə əsasən Cavad vilayəti yenidən İranın tərkibinə qatıldı.

18-ci əsrin ortalarında Cavadın yerli  nəslinin nümayəndəsi Mirhəsən  Nadir Şah dövlətinin zəifləməsindən istifadə edərək öz hakimiyyətini elan etdi. Quba xanı Fətəli xanın Azərbaycan toprpaqlarının birləşdirilməsi siyasətində Mirhəsən xan mühüm rol oynayır,çünki Cavad xanlığı 18-ci əsrin 60-80-cı illərində Şimali Şərqi Azərbaycan mühüm yer tuturdu və öz silahlı dəstələri ilə Quba xanı Fətəli xanın hərbi siyasi tədbirlərində fəal iştirak edirdi. Belə ki, Cavadın xanı Mirhəsən xan Fətəli xanın Qarabağı və Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək cəhdi ilə əlaqədar olaraq 1784-cü ildə Qarabağ və Ərdəbil yürüşlərində iştirak etmişdi. 

Tags:

Leave a Reply