|

2017-ci ildə keçiriləcək IV islamiada da geniş coğrafiyanı əhatə edəcək əhəmiyyətli idman tədbiri kimi tarixiləşəcək

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Rövşən Binnətli, tanınmış idman experti

«Bakı-2015. Azərbaycanda keçirilən İlk Avropa oyunları və Azərbaycanın ölkələrarası münasibətlərdə rolu» internet konfransin platformasındakı çıxış 

Azərbaycanda keçirilmiş I Avropa Oyunları ilə bağlı təəssüratlar, təbii ki, çox müsbətdir. Lakin ilk dəfə təşkil olunduğundan, yarışlardan öncə əksəriyyətin iç dünyasında “bu idman tədbiri, görəsən, necə olmalıdır” səpkili sual-dilemmanın mövcudluğu da faktdır. Bakının təşkilatçılğı isə elə səviyyədə oldu ki, o cür düşünənlər qəti şəkildə “bu idman tədbiri elə belə olmalıdır” qənaətlərini etiraf etdilər. İlk Avropa Oyunları Azərbaycanın əsl simasının dünyaya nümayişi mənasında çox əhəmiyyətli oldu. Ən azı ona görə ki, əleyhidarlarımızın illərdir apardığı əks-təbliğat işi, qarayaxma kampaniyası iflasa uğradı. Dünya Azərbaycan insanının yüksək mənəviyyata, zəngin mədəniyyətə, qədim tarixə malik olmasını öz gözləri ilə gördü və dəyərləndirdi.

Azərbaycan ilk Avropa Oyunlarına, sadəcə, qitə idman tədbiri kimi baxmadı, ona daha geniş müstəvidən yanaşdı. Təsadüfi deyil ki, dünyanın tanınmış idman mütəxəssisləri bu tərz yanaşmanı Yay Olimpiya Oyunları kimi nəhəng tədbirlə müqayisə etdilər. Azərbaycan elə bir hədd müəyyənləşdirdi ki, sonrakı Avropa Oyunlarının təşkilatçılarının üzərinə həqiqətən çox böyük məsuliyyət düşəcək. İkinci oyunların təşkilatçısının müəyyənləşməsində hazırkı tərəddülər də, əsasən, məhz bu amillə bağlıdır. Bu, Azərbaycan adına çox böyük uğur, qürurverici məsələdir.

Son dərəcə yüksək təşkilatçılıq, təxminən 3 həftə davam edən tədbirdə bayram ovqatı, əlbəttə, təsirsiz ötüşə bilməzdi. Avropa Oyunlarının gənclərin sevdiyi idman növlərinə gəlişinə təkan verib. Elə valideynlər də uşaqlarının idmanla peşəkar səviyyədə məşğul olmasında daha maraqlı olmağa başlayıblar. Böyük idman bayramından sonrakı müşahidələr bunu əminliklə deməyə əsas verir.

O ki qaldı oyunların idmanın inkişafına daha geniş sferada təsiri məsələsinə, “Bakı-2015”-də uğur qazanmış atletlərin öz ölkələrində coşğu və hörmətlə qarşılanmaları, qələbələrinin yüksək qiymətləndirilməsi çəkilən zəhmətin hədər getməməsinin göstəricisidir. Azərbaycan, illərdir ideya şəklində kağız üzərində qalan tədbiri reallaşdırmaqla idman tarixinə çox böyük töhfə vermiş oldu.

Reallıqda heç bir ölkə rəhbəri “Bakı-2015”-in açılış mərasimində iştirakdan imtina etməsini nümayişkiranə bildirməyib. Deməli, boykot xarakterli addımdan söhbət gedə bilməz. Bu, anit-Azərbaycan ruhlu qüvvələrin uydurduğu növbəti cəfəng iddiadan başqa bir şey deyildi. Əslində, tədbirdə Türkiyə, Serbiya, Monteneqro, Belarus, Türkmənistan, Tacikistan prezidentlərinin, San-Marinonun dövlət başçısının, Lüksemburq Hersoqluğunun böyük hersoqunun, Monako Knyazlığının şahzadəsinin, Bosniya-Herseqovina Rəyasət Heyətinin sədrinin, Bolqarıstanın, Gürcüstanın baş nazirlərinin, Çex Respublikasının, Slovakiya parlamentinin sədrlərinin – ümumilikdə 27 ölkənin rəsmi nümayəndələrinin iştirak etməsi qara qüvvələrin keyfinə soğan doğramışdı. Hazırda coğrafiyasının genişliyinə, iştirakçıların sayına görə öndə gedən nüfuzlu idman tədbiri və yarışlarının tarixini araşdırsaq görərik ki, onların heç birində debütdə “Bakı-2015”-dəki ajiotaj olmayıb.

Avropa Oyunlarından sonra beynəlxalq siyasət aləmində Azərbaycana münasibətdə ilk növbədə, dostlarımızın sevinməsini, bizi istəməyənlərin isə xar olmasını gördük. Biz sivil davranışımızla siyasi elitaya sülh, əmin-amanlıq, dostluq mesajı göndərdik. Göstərdik ki, sözdə yox, əməldə sülh, əmin-amanlıq, dostluq tərəfdarı olmaq, səmimiyyət nə deməkdir və necə olur? 20 ildən çoxdur Ermənistanın təcavüzünə məruz qalmış bizlər siyasilərə anlatmağa çalışdıq ki, mənəvi keyfiyyət və dəyərlər hansısa tədbirlə bağlı olmayıb, Azərbaycanın, bu millətin, bu xalqın dəyişməz əxlaq kodeksidir, tarixən nəsildən-nəsilə ötürülən zəngin mədəniyyətidir.

2017-ci ildə keçiriləcək IV islamiada da geniş coğrafiyanı əhatə edəcək əhəmiyyətli idman tədbiri kimi tarixiləşəcək. Zənnimcə, İslam Oyunları, Azərbaycan da daxil, bütövlükdə İslam dünyasının tolerantlğının növbəti təsdiqinə çevriləcək. İndidən əminliklə demək mümkündür ki, təşkilatçılıq işi yenə ən yüksək və nümunəvi səviyyədə olacaq və Azərbaycan İslam Oyunlarının da tarixində yeni səhifə açacaq.

Leave a Reply