|

Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Ethnoglobus.az-ın verdiyi xəbərə görə , dünən Bakıda Müqəddəs İmam Hüseyn hərəminin  (MİHH) Azərbaycanda təşkil etdiyi  mədəniyyət həftəsi bu gün davam edib Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.

Mərasim Quran tilavəti ilə açılıb.   MİHH-nin Mədəni əlaqələr şöbəsinin üzvü Şeyx Mustafa  Amili «Həzrəti Zeynəbin həyatına baxış»  başlıqlı çıxışı ilə konfransı açıb.

«Məhəmməd (s.a.s) peyğəmbərə ilk iman gətirən onun xanımı Xədicə olub. Hətta belə bir deyi var ki, Xədicənin mal-dövləti Əlinin qılıncı olmasaydı , islam bu dərəcəyə qədər yüksəlməzdi.Həzrəti peyğəmbər . belə buyurub: Fatimə mənim ciyərparəmdir. Kim onu incitsə ,məni inciditmiş olur. Məni incidənsə Allahı.  Şəzrəti Zeynəb yeganə xanımdır ki, İmam Hüseyn (ə.s) hərəkatının yaşamasına birbaşa təsir göstərib.»

Şeyx Mustafa çıxışından sonra Bakı İslam Universitetinin tələbələrinin suallarını cavablandırıb.20151008_110734

 

Azərbaycan Milli Elmlər Akademiyasının  Dünya Siyasəti institutunun böyük elmi işçisi ,fəlsəfə doktoru Rahil Nəcəfov isə məruzəsində İslam düşüncə və  İslam fəlsəfəsi mövzusunu əhatə edib.

«İslam dünyasında intellektual  fəaliyyətlərin elə bir geniş çərçivədə və çoxmövzulu olması daxilində «İslam fəlsəfəsi » termininin  həcmi haqqında bu gun fikir ayrılığı çoxdur.  Bu fərqliliyin səbəbi xüsusilə  də metafizika  sahəsində  spekulyativ  xarakterli  əqli çalışmaların adı fəlsəfə olmayan konsepsiyaların təsəvvüf və yaxud kəlamın da üzə çıxmasıdır.» Bunları R.Nəcəfov deyib.

20151008_110834Fəlsəfə doktoru Şahin Yəhyayev in çıxışı isə  İslamın terrorizmə yanaşmasına həsr olunmuşdu:

«Terroristlər yalnız  şiddət yolu ilə  müvəffəqiyyət qazanacaqlarına inanırlar. Ətrafdakı insanların onlardan qorxmasını istəyirlər. İslamın bir terror dini olduğunu iddia edənlər öz fikirlərinin doğruluğunu isbat etmək üçün İslamdakı cihad və mürtəd anlayışlarına təhrif edirlər. Amma Quran və digər mötəbər mənbələrə əsaslandıqda İslamın zor gücü ilə yayılmasının qəbuledilməzliyi və terrora haqq qazandırılmadığının şahidi oluruq.»

Konfransda həmçinin «Azərbaycan-İraq» mədəni əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmmədova, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də çıxış edib.

Tədbirdə həmçinin Müqəddəs İmam Hüseyn hərəminin nümayəndələri Şeyx Mustafa əl Qalibi, Müzhir əl Həkim, Müslim  Abbas iştirak edib.

Sabah Həzrəti Zəhra məscidi və Turizm kollecində tədbirlər davam edəcək.

 

Leave a Reply