|

«10 sentyabr» və «Mənim nəğməkar bibim» fars dilində

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İranda fars dilində «10 sentyabr» Azərbaycan hekayə toplusu və Əkrəm Əylislinin «Mənim nəğməkar bibim» romanı çap olunub. Tərcümələr iranlı ədib və tərcüməçi Mahmud Məhdəviyə məxsusdur.

Islaminsesi.az-ın verdiyi xəbərə görə, ilk dəfə fars dilinə tərcümə olunan Azərbaycan hekayələri sırasında Afaq Məsudun «Yataqxana», «Dovşanın ölümü», « Tutuquşu» ,  Əkrəm Əylislinin «Nənəmin tütün kisəsi», Anarın «Mən, sən, o və telefon», «O gecənin səhəri», Sabir Əhmədlinin «Dənizdən gələn səda», Maqsud İbrahimbəyovun «Püstə ağacı», Saday Budaqlının «Əclaf», Rəşad Məcidin «10 sentyabr», Şərif Ağayarın «General», Murad Köhnəqalanın « Gizli danışıq» var.

 

Mahmud Məhdəvi (Mahmud Ərdəbilli) 1972-ci ildə Ərdəbildə anadan olub. Yazarın 9 kitabı , o cümlədən ilk dəfə İran Azərbaycanında turk dilində «Xışıldayır sinəndə bir neçə tank» adli şer kitabi çap olunub.

M.Məhdəvinin  www.azyaz.blogfa.combloqunda Azərbaycan yazıçılarının əsərləri ilə tanış olmaq olar.

Müəllif A.Məsudun  «İzdiham» romanını da farscaya tərcümə edib.  Kitab tezliklə İranda nəşr olunacaq.

Gülnara İnanc

Leave a Reply